"Kişi 40 yaşdan sonra da özünü qadın kimi hiss edə bilər" - TRANSSEKSUALLIQLA BAĞLI İLGİNC FAKTLAR

"Kişi 40 yaşdan sonra da özünü qadın kimi hiss edə bilər" - TRANSSEKSUALLIQLA BAĞLI İLGİNC FAKTLARTransseksuallıq anlayışı hələ lap qədimlərdən mövcuddur. Özünü qarşı cinsin nümayəndəsi kimi hiss etmək, o cür düşünmək və davranmaq transseksuallığın əsas əlaməti kimi qiymətləndirilir. Yəqin ki? xarici mətbuatdan əməliyyat olunaraq cinsini dəyişən insanlar haqda xəbərlərə rast gəlmisiniz. Hamı üçün bir sual maraqlıdır: niyə?

Bu cür insanları çoxları qınayır, onlar cəmiyyətdən təcrid olunur, iş və şəxsi həyatlarında bir çox çətinliklər yaşayırlar. Ətrafındakılar onları rəzil, xəstə və ya alçaq insan kimi görürlər.

Lakin heç kim onların nə üçün bu cür seçim etdiklərini, həyatda üzləşəcəkləri çətinliklərə baxmayaraq yenə də həyat tərzlərini nə üçün dəyişdiklərinin səbəbini araşdırmırlar.

Azərbaycanda da belə seçim etmiş insanların olduğunu nəzərə alaraq, Medicina.az mövzu ilə bağlı uroloq-androloq Zaur Ağayevdən açıqlama alıb.

Z. Ağayev deyib ki, hər 100 min insandan biri transseksual doğulur: "Transseksualizmin tarixi çox qədimlərə dayansa da, ilk dəfə tibb tarixində bu haqda dəqiq məlumatlar 1886-ci ildə qeydə alınmağa və bu problem işıqlandırılmağa başlanıb. Yalnız bundan sonra treanseksualizm həyat tərzi kimi yox, bir xəstəlik kimi tibb tarixinə düşüb.

İl ərzində dünyada orta hesabla hər 100 min insandan 1-i transseksual doğulur. Bu hal anadangəlmə və ya sonradan meydana çıxan hal da ola bilər".
"Kişi 40 yaşdan sonra da özünü qadın kimi hiss edə bilər" - TRANSSEKSUALLIQLA BAĞLI İLGİNC FAKTLARTransseksuallar hansı həkimə müraciət etməlidir?

Mütəxəssis deyir ki, burada vacib məqam psixoloji amildir və onlar psixoterapevtə getməlidirlər: "Transseksualizm 2 cür olur: qadın-kişi və əksinə, kişi-qadın. Bu o deməkdir ki, 1-ci halda qadın özünü kişi kimi, 2-ci halda isə kişi özünü qadın kimi hiss edir. Bu halın meydana gəlməsində ən vacib məqam psixoloji amildir. Belə şəxs həkimə müraciət etdikdə nə uroloq, nə androloq, nə ginekoloq, nə də ki endokrinoloq onları qəbul edir. Onlar əvvəlcə transseksuallıq üzrə ixtisaslaşmış və xüsusi təcrübə keçmiş psixoterapevtə yönləndirilirlər. Həmin psixoterapevtlər xəstə ilə söhbət etdikdən sonra onun problemini aydınlaşdıraraq uyğun mütəxəssisə müayinəyə göndərirlər.

Sivil ölkələrdə insanlar daha açıq və sərbəst olduqları üçün bu mövzular rahatlıqla müzakirə edilərək araşdırıla və transseksualların düşüncə və fikirləri öyrənilə bilir. Nisbətən cənub-şərqdə yerləşən müsəlman ölkələrində isə vəziyyət başqa cürdür. Bizə zəng vuran xəstələr anonimliklərindən əmin olmalarına baxmayaraq, yenə də öz problemləri haqda telefonda pıçıltı ilə danışaraq, sanki özləri-özlərinə transseksual olduqlarını etiraf etməkdə çətinlik çəkirlər".

Z. Ağayev bu halın hətta 40 yaşda da meydana gələ biləcəyini bildirib: "40 yaşınadək kişi kimi yaşamış və normal ailəsi, həyat yoldaşı, övladları olan bir insanın sonradan özünü qadın kimi hiss etməsi də mümkündür".
"Kişi 40 yaşdan sonra da özünü qadın kimi hiss edə bilər" - TRANSSEKSUALLIQLA BAĞLI İLGİNC FAKTLAR"Transseksualların bu dünyada bir məqsədləri var, o da bədənlərini dəyişməkdir" deyən androloq bu məqsədlə onların xaricə üz tutduqlarını əlavə edib: "Çünki belə insanların ruhları sanki başqa və onlara yad olan bir bədəndə yerləşir. Onlar hər cəhdlə malik olduqları cinsdən və bədəndən çıxıb əks cinsin nümayənmdəsi olmağa can atırlar. Hətta bu məqsədlə xarici ölkələrə üz tutaraq böyük maliyyə və çətinliklər bahasına da olsa qadın və ya əksinə kişi olmaq üçün əməliyyat olunaraq cinsiyyətlərini dəyişdirirlər.

Belə şəxslərə əməliyyatdan 6 ay əvvəl hormonal terapiya təyin edilir. Bu terapiya sayəsində əməliyyat olunacaq şəxs psixoloji və fizioloji tərəfdən cinsini dəyişməyə hazırlanır".

Əməliyyatlar risklidirmi, fəsadları nələrdir?

"Qadın olmaq istəyən kişilərin daxili cinsiyyət orqanlar sistemi, yəni, yumurtalığı və ya uşaqlığı olmur. Onlara sadəcə olaraq estetik görünüş məqsədilə silikon sinə qoyulur və penisinin forması əməliyyatla dəyişdirilərək vaginaya uyğunlaşdırılır. Lakin bu cür əməliyyatlar çox risklidir, səbəbi isə əməliyyat sonrası çox böyük fəsadların meydana çıxmasıdır. Bu zaman tromboembloliya, ürək-damar problemləri, təzyiq və s. kimi hallar meydana gələ bilir. Həm də treansseksuallar 15-16 yaşlarında bu əməliyyata getmirlər. Onlar bu qərarı verənə qədər ömürlərinin yarısı gedir. Təxminən 40 yaşında bu əməliyyata gedən insanların təbii ki, səhhətində hər şey qaydasında olmur. Əməliyyatdan sonra qəbul edilən hormonal dərmanlar osteoporoz (sümüklərin dağılması) və beyində yerləşən hipofiz vəzinin fəaliyyətinin pozulması kimi problemləri meydana çıxarır. Buna görə də bu əməliyyatlar çox riskli sayılır. Nəzərə alsaq ki, bu cür insanlar hormonal terapiyanı ömürlərinin axırına kimi qəbul etməlidirlər, onda həmin xəstələrin ömürlərinin qısalacağını da qabaqcadan söyləmək olar. Bu terapiyanı yarıda saxlasalar, o zaman daha qısa müddətdə həyatlarını dəyişə bilərlər", - deyə həkim qeyd edib.

Azərbaycanda cinsiyyəti dəyişmək mümkündürmü?

Zaur Ağayev deyir ki, bu əməliyyatlar əsasən Rusiyada həyata keçirilir: "Azərbaycanda isə hələ ki bu mümkün deyil. Çünki bu cür əməliyyatlar üçün tam baza olmalıdır. Burada yalnız cərrahlar deyil, psixoterapevtlər, endokrinoloqlar, plastik cərrahlar, ginekoloqlar kompleks şəkildə fəaliyyət göstərməlidirlər. Həmçinin burdaəsas amillərdən biri də yaşadığımız cəmiyyətin, ətrafımızda olan insanların bunu necə qəbul edəcəyidir".

İnsan niyə transseksual olur?

"Transseksualizmin meydana çıxma səbəbləri tam məlum deyil. Burada irsi amillər rol oynamır. Güman edilir ki, burada hamiləlik zamanı yaranan hormonal pozğunluqlar və ya alınan psixi travma çox böyük əhəmiyyətə malikdir.

Onu da qeyd edim ki, bu cür insanlar öz istədiklərinə nail olmayınca, istədikləri həyatı yaşaya bilmədikcə, ağır depressiyaya düşərək 30 % hallarda sui -qəsdlə həyatlarına son verirlər. Hətta praktikamda belə hal da olub ki, bir şəxs mənə zəng edərək onda problemin yarandığını və özünü qadın kimi hiss etdiyini bildirib. Mən ona hər hansı bir həbi qəbul etməyi tövsiyə etmişəm və bildirmişəm ki, tezliklə düzələcək. Bir müddətdən sonra həmin insan mənə zəng vuraraq düzəldiyini və cinsi həyatının qaydaya düşdüyünü bildirib. Buna görə də bu cür şəxslər ilk növbədə psixoloqa müraciət etməlidirlər".

Medicina.az

Xəbərlər     Baxılıb: 1986   Tarix: 15 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı