Kişi sonsuzluğunun bir səbəbi-Prostat vəzi

Kişi sonsuzluğunun bir səbəbi-Prostat vəziProstat vəzi – kişi cinsiyyət sistemi orqanlarından biridir. Sidik kisəsinin alt hissəsində yerləşən prostat vəzi sidik axarının yuxarı hissəsini əhatə edir. Məhz buna görə də prostat vəzinin ölçüləri artmış olduqda, sidik ifrazı prosesində müxtəlif pozğunluqlar əmələ gəlir. Prostat vəzinin ölçüləri, forması, sıxlığı hər bir nəfər üçün fərdi olur və kişinin yaşından asılı olaraq dəyişilir.

Prostat vəzinin əsas vəzifəsi xüsusi tərkibli sekret (şirə) ifraz etməkdir. Bu şirə spermanı nisbətən durulaşdıraraq spermatozoidlərin həyat qabiliyyətini və hərəkətliliyini təmin edir. Bu şirənin tərkibində zülallar, karbohidratlar, yağlar, elektrolitlər və hormonlar olur. Bundan başqa, prostat vəzi əsas kişi hormonu olan testosteronun hazırlanmasında da iştirak edir, həmçinin normal ereksiya mexanizminin fəaliyyətini təmin edir.

Prostatit - prostat vəzinin iltihabi və ödemli xəstəliyidir. Bu, 20-50 yaşlarında olan kişilər arasında ən çox rast gəlinən uroloji xəstəlikdir.

Prostatitin əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:

1) cinsi yolla keçən infeksiyalar — xlamidiya, ureaplazma, mikoplazma, herpes virusu, sitomeqalovirus, trixomonadalar, qonokoklar, Kandida qrupundan olan göbələklər, bağırsaq çöpləri;

2) kiçik çanaq orqanlarında olan qan dövranı pozğunluqları (prostat vəzidə olan durğunluqlar son nəticədə onun iltihablaşmasına səbəb olur). Bu pozğunluqlar əsasən oturaq iş və həyat tərzi nəticəsində (sürücülər, idarə işçiləri, hökumət qulluqçularında), uzun müddət ərzində cinsi əlaqədə olmadıqda və s. bu kimi hallarda baş verir;

3) bədənin tez-tez soyuqlaması (ekstrimal istirahət həvəskarlarında – serfinq, xizəksürmə və s. idmanları);

4) fiziki və sinir gərginlikləri.

Prostatit xəstəliyi özünü sidik kanalının daralması səbəbindən meydana çıxan sidik ifrazının bir sıra müxtəlif pozğunluqları ilə büruzə verir:

- sidik ifrazına başlamağın çətinləşməsi;

- qırıq-qırıq sidik ifrazı;

- sidik axınının zəif olması;

- damcı-damcı sidik ifrazı;

- sidik kisəsinin tam boşalmaması hissiyyatı;

- tezləşmiş sidik ifrazının olması (xüsusən də gecə saatlarında).

Sadalanan bu əlamətlərdən savayı, kişilərdə qarının aşağı hissəsində, qasıq nahiyələrində, beldə, budların içəri tərəfində olan ağrı hissiyyatları, həmçinin müxtəlif seksual pozğunluqlar da baş verə bilər.

Yadda saxlayin ki, sidik ifrazı aktının pozulması və ağrıların olması ancaq prostatit xəstəliyində deyil, prostat vəzinin adenomasında və xərçəngində də təsadüf edilir! Məhz buna görə, özünüzdə bu əlamətləri hiss etmiş olsanız, təcili olaraq həkim-uroloqa və ya androloqa müraciət edin! Bilmək lazımdır ki, hər bir kişi il ərzində 2 dəfə olmaqla uroloq-androloqa müraciət etməklə profilaktik müayinələrdən keçməlidir!

Vaxtında və düzgün müalicə olunmadığı hallarda kəskin prostatit xəstəliyi xroniki formaya keçə bilər. Bu isə kişilər üçün daha təhlükəli hesab edilir. Bir çox hallarda, prostatit heç bir əlamət olmadan gizli şəkildə keçərək, tədricən xroniki xarakter alır. Xroniki prostatit kəskinləşdiyi halda xəstənin bədən temperaturu 38-390C yüksəlir, aralıq nahiyəsində kəskin ağrılar yaranır, hətta bəzi hallarda prostat vəzinin absesi (vəzi toxumasının irinli əriməsi) də inkişaf etmiş olur.

Prostatit bir çox hallarda kişi sonsuzluğuna da səbəb ola bilər. Çünki iltihabi prosesə məruz qalan prostat vəzi spermatozoidlərin hərəkətliliyini təmin etmək üçün kifayət qədər keyfiyyətli sekret (şirə) ifraz edə bilmir.

İstənilən digər xəstəliklər kimi, yaranmasının ilkin dövrlərində aşkar edilmiş olan prostatit gecikmiş formalara nisbətən çox asanlıqla müalicə olunur. Bundan başqa, xəstəliyin müasir müalicə üsulları da prostatitin müxtəlif qorxulu fəsadlarının inkişaf etməsinin qarşısını almağa imkan verir.

Bəs prostatit xəstəliyinin müalicəsi necə aparılır? Əlbəttə ki, bu, ilk növbədə xəstəliyin əmələ gəlməsi səbəbindən asılıdır. Bundan asılı olaraq, antibakterial, antivirus preparatları, damarların tonusunu yaxşılaşdıran dərman preparatları, fizioterapevtik müalicə üsulları (ultrasəs, refleksoterapiya, zəli ilə müalicə), həmçinin ümumi möhkəmləndirici dərmanlar (vitaminlər, immunomodulyatorlar), prostat vəzinin masajı və s. vasitələrdən istifadə edilir. Xəstəliyin müalicə taktikası hər bir halda həkim uroloq-androloq tərəfindən müəyyən edilir.

Prostatit xəstəliyinin profilaktikası üçün sidik-cinsiyyət sisteminin hər bir yoluxucu və iltihabi xəstəliklərini vaxtında müalicə etmək, mütəmadi olaraq həkim androloqa müraciət etməklə profilaktik müayinələrdən keçmək, düzgün qidalanmaq (kəskin və yağlı qidaların qəbulunu məhdudlaşdırmaq), spirtli içkilərdən və siqaretdən imtina etmək, normal sabit bədən çəkisini saxlamaq, bədəni soyuqdan qorumaq, mümkün olan qədər hərəkətli olmaq və digər bu kimi qoruyucu üsullardan istifadə etmək lazımdır. Bundan başqa, uzunmüddətli fasilələr vermədən mütəmadi olaraq cinsi həyat keçirilməsi də məsləhət görülür. Bu, spermanın daimi dövr etməsi və prostat vəzinin qanla aktiv şəkildə təmin edilməsi üçün vacib hesab edilir.

Sağlamlıq     Baxılıb: 3359   Tarix: 24 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

gelinlikler yaz geyimleri 2026 kosmetika mehsullari gözəllik və makiyaj magura geyim siqaret tergitmeyin asan yolu qadin dunyasi az kosmetika masturbasiya nedir layla yemekler atalar sozleri muellim seiri