Kişi sonsuzluğunun səbəbi-Brusella infeksiyası
Kişilərdə sonsuzluq geniş yayılmış problemlərdəndir. Araşdırmalar nəticəsində brusella infeksiyasının kişi sonsuzluğunun səbəblərindən biri olduğu müəyyənləşib.
Həkim Nebahat Bilge brusella infeksiyasının qadınlardan fərqli olaraq kişilər üçün daha təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, əgər kişi brusella infeksiyası daşıyıcısıdırsa, bu, onda müalicəsi çətin olan sonsuzluq probleminə səbəb olacaq: "İnsanların xəstələnməsinə səbəb olan 1700 amil var, onun 60 faizindən çoxu da heyvanlardan qaynaqlanır. Xalq tərəfindən tanınan brusella xəstəliyinin heyvanlardan insanlara keçmə ehtimalı yüksəkdir. Xəstəlik ilk öncə heyvanın tullantı sularıyla birbaşa təmasa keçən zaman, eyni zamanda daşıma və tənəffüs, bəzən də göz vasitəsilə yoluxur".
Həkim bu xəstəliyə qadınlarda daha çox rast gəlindiyini deyərək bildirib: "Qadınlar heyvanlarla daha çox təmasda olurlar. Lakin bu, daha çox kişilər üçün problemdir. Kişilər bu xəstəliyə yoluxarlarsa, güclü antibiotiklər qəbul etməlidirlər. Əgər kişiyə bu infeksiya keçərsə, yüksək qızdırmayla başlayan sonsuzluq xəstəliyinə gətirib çıxara bilər".
Xəstəliyə süd və süd məhsulları ilə də yoluxmağın mümkün olduğunu söyləyən N. Bilge xəstəliyə tutulan adamın oynaqlarında şişkinlik yarandığını , gələcəkdə ürəkdə də problemin yarana biləcəyini, əsəblərin pozulacığını qeyd edib.
Bu xəstəliklə mübarizə aparmağın əsas yolu süd məhsullarıın keyfiyyətinə nəzarət etmək və heyvanların peyvənd olunmasına önəm verməkdir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib