Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır
ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yayılması ilə bağlı narahatedici statistika açıqlanıb.
Məlumata görə hazırda ölkədə təxminən 2 milyon kişi bu "səssiz xəstəlik"dən əziyyət çəkir.
ABŞ Milli Onurğa Sağlamlığı Fondunun araşdırmasına əsasən 16 milyon kişidə xəstəliyin ilkin mərhələsi hesab olunan osteopeniya müşahidə olunur. Lakin Ohayo Dövlət Universitetinin Wexner Tibb Mərkəzinin keçirdiyi sorğu göstərib ki, kişilərin yalnız 1 faizi sümük sıxlığının aşağı olmasından narahatdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, osteoporoz heç bir əlamət vermədən irəliləyir və çox zaman ilk sümük sınığı ilə ortaya çıxır. Xüsusilə 65 yaşdan yuxarı şəxslərdə bu xəstəlik kiçik yıxılmalarda belə ciddi fəsadlara yol aça bilər. Radioloq Dr. Pol Lyuis kişilərə riskin qarşısını almaq üçün testosteron səviyyəsini nəzarətdə saxlamağı, yürüş, pilləkən çıxmaq, müqavimət məşqləri, yoqa və tennis kimi idman növlərinə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, aktiv həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqoldan uzaq durmaq, evdə yıxılma riski yaradan amilləri aradan qaldırmaq sümük sağlamlığını qorumağa kömək edir.
Sümük sıxlığının mütəmadi DEXA testləri ilə ölçülməsi isə xəstəliyin erkən mərhələdə aşkarlanmasına şərait yaradır. Müalicə məqsədilə isə əməliyyatsız üsullar olan kifoplastika və vertebroplastika tətbiq olunur, bu prosedurlar zamanı sınıq onurluğa sümük sementi yeridilərək ağrı azaldılır və pasiyentlər qısa müddətdə normal həyat tərzinə qayıdır.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi