Kişiləri seksdən soyudan səbəblər: QADINLAR OXUSUN

Kişiləri seksdən soyudan səbəblər: QADINLAR OXUSUNQadın və kişinin yataqda istəkləri tamamilə fərqlidir. Kişinin nəyi istəyib-istəməyəcəyinə əmin olmasanız, istəmədiklərini edərək onu həvəsdən sala bilərsiniz. Ancaq "kişi yataqda nə istəməz?" sualına cavab tapa bilsəniz, xoşbəxt bir cinsi həyata sahib olarsınız.

Kişilərin hər zaman hər vəziyyətdə yalnız cinsi yaxınlıq barədə düşündüyü iddia edilir. Qadınlar hər zaman nazlanan tərəf olduğu üçün kişilərin nəyi istəyib-istəməyəcəklərinə elə də əhəmiyyət vermirlər. Ancaq qadınlar bilməlidir ki, kişiləri də cinsi yaxınlıqdan soyudan və qarşı tərəfdən uzaqlaşdıran səbəblər var. Əgər həyat yoldaşınızı xoşbəxt etmək istəyirsinizsə, onun zövqünü oxşamağı da bacarmalısınız.

Aile.lent.az kişiləri yataqdan qaçıran səbəbləri təqdim edir.

Ruhi problemlər

Qadınlar kişilərin yaşadığı problem və ruhi narahatlıqlarını yatağa girən kimi unutduqlarını düşünürlər. Ancaq kişilər münasibətlə bağlı yaşanan duyğusal problemlərdən təsirlənir. Bu problemlər də kişilərin yatağa diqqətini yönəltməsini və bundan zövq almasını çətinləşdirir. Qarşı tərəfə olan istək və ehtirasını azaldır. Münasibətdə yaşadığı problemləri qarşı tərəfə büruzə verməyən kişilər yaxınlıq zamanı hansısa hərəkətiylə bunu büruzə verir və sanki məhz bu yolla qarşı tərəfi incidib, cəza verir.

Utancaq qadınlar

Qadınlar yataqda təcrübəli olmasının kişi tərəfindən yanlış anlaşacağını düşündükləri üçün gizlədirlər. Halbuki kişilər yataqda sadəcə uzanan və heç bir şey etməyən, hər şeyi kişidən gözləyən qadınlarla cinsi yaxınlıq etməyi xoşlamırlar. Nə qədər təcrübəsiz olsanız da, cinsəlliyin hisslərlə, emosiyalarla yaşandığını unutmayın və qarşı tərəfi xoşbəxt etmək üçün bir şey etməyə çalışın. Qadınların əksəriyyəti yataqda passiv hərəkət edirlər. Ancaq kişilər qarşı tərəfi heyran edə bildiklərini, razı sala bildiklərini bilmək istəyirlər. Cinsi yaxınlıq zamanı hərəkətsiz qalan qadın kişinin doyum hissini azaldır və bu hiss azaldıqca kişi cinsi yaxınlıqdan soyuyur.

Uğursuzluq qorxusu

Uşaqlıqdan anasının elə hey dediyi "sən kişisən" cümləsi kişilərə çox böyük şəkildə təsir edir. Uşaqlıqdan bu cümləni eşidən kişilər böyüyəndə kişiliyin sübutu kimi cinsi yaxınlığı yeganə yol hesab edirlər. "Sən kişisən" cümləsiylə böyüyənlər böyüdükdə cinsi yaxınlıq zamanı yaşanan hansısa uğursuzluğu qəbul etmək istəmirlər. Uğursuz seksdən sonra kişi yenidən cinsi yaxınlığa girmək istəməsiylə bağlı narahatlıq keçirir. Bəzən təsadüfi yaşanan uğursuzluq bu narahatlığa yol aça bilər. Bir sonrakı cinsi yaxınlıq zamanı eyni problemi bir də yaşayacağını düşünən kişi cinsi yaxınlıqdan qaça bilər. Hətta eyni insanla yenə eyni halın yaşanmasından qorxan kişi qarşı tərəfdən soyuya bilər.

Təmizlik

Qadınlar kimi, kişilər də təmizliyə önəm verirlər. Cinsi yaxınlıq zamanı duyulan pis qoxu kişini soyuda bilər. Təmizliyə önəm verən kişilər baxımsız qadınlarla yaxınlıq etmək istəmirlər. Bir qadının baxımsız, natəmiz olduğunu düşünən kişi həmin qadınla cinsi yaxınlıqdan qaça bilər. Bununla yanaşı qadının fiziki görünüşündə yaşanan dəyişikliklər də kişinin eyni istəklə yanaşmasına mane ola bilər. Buna görə yatağa girmədən öncə duş qəbul etmək, ətirli, baxımlı olmaq vacibdir.

İlk təcrübə

Qadınların ən çox şikayət etdiyi ilk cinsi yaxınlıqdan sonra kişilərin diqqətinin azalmasıdır. Kişilər üçün ilk dəfə birlikdə olmaq çox önəmlidir. Əgər ilk cinsi yaxınlıqdan xoşu gəlməsə, kişi ikinci dəfə bundan qaça bilər. İlk cinsi yaxınlıq zamanı qarşı tərəfin nə xoşladığını, nədən həzz aldığını bilməyən kişi qarşı tərəfi razı sala biləcəyilə bağlı narahatlıq keçirir.

Ata olmaq

Kişilər də qadınlar kimi, uşaq sahibi olduqdan sonra cinsi yaxınlıqla bağlı bəzi dəyişikliklər yaşaya bilər. Qadınların doğuşdan çıxması kişilərin narahatlığına səbəb ola bilər. Cinsi yaxınlıq etdikləri qadının ana olma düşüncəsi onlarda istəklərin azalmasına səbəb ola bilər.

Ailə və Uşaq     Baxılıb: 12487   Tarix: 12 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

makiyaj instagram qadin dunyasi kosmetoloq şorbalar türk şirniyyatları reseptler atalar sözləri kosmetika vətən masqalar turpun nağlı azerb clpaq qadinlari masturbasiya nedir