Kişiləri sifət quruluşuna görə tanımaq olar

Kişiləri sifət quruluşuna görə tanımaq olarMiluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər.
Milli.Az populyar.az-a istinadən xəbər verir ki, enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz.
Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar.
Tədqiqat qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq ki, enlisifət kişilər ünsiyyətdə özlərini daha rahat hiss edirlər və hakimlik hissi onları istər-istəməz etik qaydalara az əməl etməyə, yalan və müxtəlif hiylələrə əl atmağa məcbur edir".
Amma doktor Xazelxan bu nöqteyi-nəzərlə tam razı deyil. Onun sözlərinə görə cazibəli, bacarıqlı və yumor hissi olan qadınlar belə fiziki əlamətlərə fikir vermirlər.
Öz ehtimallarını yoxlamaq üçün tədqiqatçılar iki təcrübə aparmışlar. Biznes-kollecin 192 tələbəsinə rollu oyunda iştirak etməyi təklif etmişlər. İki yerə bölünərək onlar daşınmaz əmlakın satıcıları və alıcıları qismində çıxış etmişlər. Oyun zamanı iştirakçılar elektron poçt ilə razılaşma əldə olunana qədər danışıqlar aparmalı idilər. Bu yazışmanın tədqiqi göstərmişdir ki, enlisifət kişilər naziküzlülərə nisbətən öz məqsədlərinə çatmaq üçün aldatmağa daha çox meyillidirlər. Eyni vaxtda müəyyən olunmuşdur ki, bu hal qadınlara şamil deyildir.
Başqa bir tədqiqatın gedişatında 103 tələbəyə lotereyada 50 dollar udmaq imkanı verilmişdir. Təcrübədən keçənləri xəbərdar etmişlər ki, onlar bu lotereyada bir neçə dəfə oynaya bilərlər. Oyunun miqdarını zaman göstərəcək. Onlara oyun zərləri atmaq və alınmış nəticəni kompyuterə yerləşdirmək təklif olunmuşdur.
Təəcüblüdür ki, naziküzlülərə nisbətən enliüzlü kişilərin oyunda daha çox "bəxti" gətirmişdi. Bununla, psixoloqlar birmənalı nəticəyə gəlmişlər ki, üzü enli olan kişilər aldatmağa daha çox meyllidirlər. Yekun rəyə iştirakçıların eksperimentdən əvvəl doldurduqları anketlər də kömək etmişdir. Enliüzlü kişilərdə ümumi xüsusiyyət, yəni öz hökmünə və gücünə inam aşkar olunmuşdur. Alimlər qərara gəlmişlər ki, bu hakimlilik hissi bilavasitə onların etik baxışlarını və davranışını müəyyənləşdirir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 05 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

turlar.az

geyim və ayaqqabılar hamilelikde qidalanma sac duzumleri yaşıl çay doslu qizlar qadın parfumeriya tərəvəz yeməkləri kosmetika uşaq şeirləri bir arzum var oğlaq qz eviyçun hakışta tapmaca