Kişini saatından tanı

Kişini saatından tanıHansı qadın kişidən şikayətlənmir? İlk vaxtlar mələk kimi tanıdığımız romantik insan sonradan dəyişir. Qadınlarsa səbəb axtarmağa, məntiq tapmağa çalışırlar. Özünüzü yormayın.

Xanim.az axşam.az-a istinadən xəbər verir ki, psixoloqlar kişilərlə bağlı bir çox araşdırmalar ediblər. Onları davranışına, aksesuarlarına, ayaqqabılarına görə tanımaq mümkündür.

Belə ki, sənə romantik nağıllar danışan birinin doğru və ya yalan dediyini öyrənmək üçün onun saatına baxamağın kifayətdir.
Dördkünc saat sevənlər:

O, rəhbərlik etməyi və plan qurmağı çox xoşlayır. Onun bütün həyatı, hətta sənə dediyi xoş söz belə əvvəlcədən düşünülərək, planlaşdırılmış bir işdir. O, qeyri-adi hadisələri, sirləri və sürprizləri xoşlamır. O müşahidəçidir, tələbkardır, təşkilati işləri xoşlayır, düzgünlüyü ilə yanaşı göpçuluğu da var. Amma qarşısındakı insandan düzlük tələb edir. Çox inadçıldır. İstədiyini əldə etməyincə rahatlıq tapmır. Onun öz düşüncələri, öz qanunları var. Beləsi ilə mübahisə etmək qeyri-mümkündür. Çünki həmişə son sözü özü deyir. Belə kişilərin öhdəsindən yalnız işgüzar qadınlar gəlir.

Yumru saat sevənlər:

Mehriban və sakitdir. Münasibət qurmağı xoşlayır. Şirin söhbətləri ilə ilanı yuvasından çıxarar. Onu bütün dostları sevir. Çünki etibarlı insandır. Hamıya yaxşılıq etməyi xoşlayır. Başqalarına qulaq asıb, onların problemlərini həll etməyə can atır. Problemləri ilə başqalarını yormağı xoşlamır. Bu tip kişilərlə evlənən qadın ömrünün sonuna kimi xoşbəxt olur. O, dostlarının pis günündə onların yanındadır. Çox romantikdir. Onu ələ almaq üçün bir-iki xoş söz kifayətdir.

Üçbucaq saat sevənlər:

O, liderlik etməyi xoşlayır. Hər yerdə özünü birinci göstərməyə çalışır. Buna nail də olur. Həmişə diqqət mərkəzində olmağı, seçilməyi xoşlayır. Elə buna görə də qeyri-adi formada saat taxır. Risqə getməyin tərəfdarıdır. Uğur həmişə onun yanındadır. İşində ciddi, tələbkardır. Heç vaxt işə həvəssiz yanaşmır. Belə kişilər həm də sirli olur. Qarşınıza üçbucaq formada saat taxan biri çıxıbsa, onunla yaşayacağınız ciddi həyata hazır olmalısınız. Çünki işdə olduğu kimi belə kişilər ailələrinə qarşı da tələbkar və ciddi olurlar.

Düzbucaq saat sevənlər:

Qarşınıza bəlkə də dünyanın ən səbirli və inadkar insanı çıxıb. O, sizi ömrünün sonuna kimi gözləməyə hazırdır; təki istədiyinə nail olsun. Konservatordur. Necə deyərlər, əsl mühafizəkardır. Dəyişikliyi xoşlamırlar. Onun "sən nə istəsən edəcəksən, təki bir "hə" de sözünə aldanmayın. Belə insanlar öz vərdişlərindən əl çəkmirlər. Bu tip saat sevən kişilər çox vaxt kolleksiya yığmağı da xoşlayırlar. Belələri ilə özünü ailəsinə həsr edən, hövsələli evdar qadın yola gedə bilər.

Standart olmayan, ziqzaq saat sevənlər:

Ehtiyatlı ol! Qarşına əsl Don Juan çıxıb. Onun xoş sözlərinə aldanma. Sən onun həyatının yeganə qadını deyilsən. İnan ki, onun dediyi xoş sözləri səndən başqa o qədər qız eşidib ki... Belələri heç bir işi sona çatdırmırlar. Amma onların intuisiyaları çox güclü olur. Belə insanlar çox yaradıcı olur, həmişə qeyri-adi ideyalar irəli sürürlər. Hətta o, sizə münasibətinizin nə üçün bitdiyini deyəndə də elə bəhanə gətirəcək ki, onu günahlandırmağa heç bir haqqınız belə olmayacaq.

Bəs saat taxmağı heç sevməyənlər?

Elə kişilər də var ki, onlar saat taxmağı heç sevmirlər. Belələri xoşbəxt, həyatsevərdirlər. Heç vaxt problemlər, haqqında fikirləşmirlər. Sadəcə, bu günləri üçün yaşayır, sabahı düşünmürlər. Sevgi onlar üçün gəldi-keçər bir oyundur.

Xəbərlər     Baxılıb: 1754   Tarix: 23 iyul 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

maskalar geyim və ayaqqabılar həkim məsləhəti üzdəki ləkələr elaci erzaqlar şef master kosmetika bayatilar vətən haqqında atalar sözləri balıq novruz bayramina aid hakisdalar bayatılarımızda vətən həsrəti