Kişinin ailədə həyat yoldaşı və atalıq vəzifəsi

Kişinin ailədə həyat yoldaşı və atalıq vəzifəsiKişinin ailədə həyat yoldaşı və atalıq vəzifəsi

Ailədə belə bir yazılmamış qayda var ki, evdə böyüyə, başçıya hörmət və tabeçilik olmalıdır. Burda zülmə, alçaltmağa, əzməyə , təzyiqə yer yoxdur, əksinə, kişi ləyaqətli olmalı və qiymətləndirməyi bacarmalıdır.

Kişi – bir ata və ər kimi ailədə , ictimaiyyətdə xüsusi yer tutur, fiziki , sosial və mənəvi planda əvəzedilməz rola malikdir.

Kişi necə olmalı , nə etməli və ailədə özünü necə aparmalıdır?

Allah kişi ilə qadını ayrı- ayrı təbiətli və ayrı- ayrı məsuliyyətə malik yaratmışdır və bu təyinatı dəyişmir. Kişi evdə başçı və ailəyə cavabdehdir, onun qeydinə qalır , onu təmin edir və onu müdafiə etməlidir. Qadın isə ərinin köməkçisi , ocağın qoruyucusu və ailənin yaraşığı olmalıdır.

Allah kişiyə ailə və qadın üzərində idarə etməni təyin etmişdir. Bu rəhbərlik, başçılıq nə diktatorluq, nə öz gücünü nümayiş etdirərək sözsüz tabeçiliyi tələb etmək, nə də qadın və uşaqların üzərində hökmranlıq etmək demək deyildir.
Kişinin başçılığı arvad və uşaqların üzərində məsuliyyətdən başlayır:

1) ailənin ehtiyacını ödəmək;

2) özü düz yolda dayanmalı və ailəni də düz yola yönəltməlidir;

3) sevimli, özünü ailəsinə həsr edən və mehriban olmalı;

4) hökmranlıq etməməli, təmənna güdməməli və ailə üçün nümunə olmalıdır.

Təəssüflər olsun ki, bu günki gündə əksər kişilər özlərini ancaq atalıq iddiasında aparırlar, əslində isə onlar yalnız fizioloji atadırlar. Əsl atalıq təkcə uşağı həyata gətirmək deyildir.Bu, ailənə özünü həsr etmək,ona qarşı məsuliyyət daşımaq , ədalətli olmaq , onu sevmək deməkdir.

Hətta ən bacarıqlı, ən mükəmməl ana belə atanın yerini verə bilməz. Yaşından asılı olmayaraq hər bir övlad öz harmonal inkişafında atanın himayəsinə, atanın mənəvi dayağına, böyüklüyünə ehtiyac duyur. Həyat göstərib ki, çox hallarda ailə başçısı içki alüdəçisidirsə, siqaret və ya başqa pis adətlərin düşkünüdürsə o, ailəsinə baxmır, uşaqların tərbiyəsi ilə maralanmır, tüfeyli həyat tərzi keçirir. Nəticədə də həmin ailənin cox zaman övladları pis yola düşürlər. Əsasən də yeniyetmə dövründə onlar evdən tez-tez uzaqlaşmaq arzusunda olur, ailədaxili münaqişələrdən qaçmaq istəyirlər. Qızlar xoş sözü, şirin dili, rahat yaşayışı yad insanlarda axtarır, oğlanlar isə dərsdən yayınaraq evə getməmək üçün kafelərə gedir,vaxtını boşuna keçirir, pis insanlara qoşularaq pis əməllər törədir, evdəki problemlərlə bağlı iztirabını küçədə dava-dalaş yaratmaqla çıxarır. Çünki, ata bilməlidir ki, oğlan övladı ən çox atanı təqlid edirvə çox tez yolunu aza bilər. Bunun üçün atalar çox diqqətli və həssas olmalıdırlar.

Atalıq nəyin əsasında qurulur:

1) onların ehtiyaclarını təmin edir;

2) o vaxt ki, ata uşaqlarla vaxt keçirir, boş vaxtlarını onlara həsr edir;

3) uşaqların həyatında baş verənlərlə məlumatlı olmalı, nə haqda fikirləşdiklərini, nə hiss etdiklərini bilməli, onların qeydinə qalmalı, onlara dəstək olmalı, onların əməllərini müzakirə etməli, çətin anlarda onlarin yanlarında olaraq onlara dayaq olmalıdırlar.

4) öz maraqlarını uşaqlara qurban verir;

5) verdiyi sözə əməl edir və fikrində qətidir;

Yuxarıda göstərilən xüsusiyyətlərin əksi olan bir ailə başçısını nümunə gətirək.

Ata neçə illərdir ki, heç bir yerdə işləmir, iş axtarmağa səy belə göstərmir, ev işində qadına yardım etmir, nə maddi, nə də mənəvi cəhətdən ailənin heç bir işinə yardım göstərmir. Hətta bu azmış kimi bütün günü deyinir, oturub əmrlər verir, kobud danışır, qadının ev saxlamasına baxmayaraq nəinki onu qiymətləndirməyir,müqabilində təhqir etməyi bacarır. Beləliklə, özünü ailənin başçısı kimi göstərməyə çalışır.

Həqiqətdə isə o, yalnız bacarıqsız, məsuliyyətsiz, ailə sevgisindən məhrum bir kişidir. Bu hörmətsizliyin haradan, nə vaxtdan, hansı səbəbdən yarandığını axtarıb aradan qaldırmaqdansa, ailədəki hörmətini bərpa etməkdənsə belə kişilər öz mənfi cəhətlərini , öz qəbahətlərini görmür,hətta bunu başqalarının, evdəkilərin üzərinə yıxır, səhvi özlərində deyil, kənarda axtarırlar.

Nəticədə belə ailənin davamı uzun sürmür, ana bu şəraitə dözsə belə uşaqlar böyüdükcə, anladıqca anadan nigahın pozulmasını tələb edirlər.

Buna görə də ailə başçısı üçün vacib amil onun əsl kişi olmasıdır: etibarlı, məsuliyyətli, diqqətli, qayğıkeş, qorxmaz . Belə kişi çətinlikdən gizlənmir, mürəkkəb situasiyalardan qaçmır, ağır vəziyyətlərdə nəinki "yükü" arvadının üstünə atmır, əksinə bu zaman öz çiynini irəliyə verir. Belə kişiyə qadın bütün hallarda bel bağlaya bilər, çünki bu xasiyyətli kişinin ailəsini çətin anlarda qoruyacağına əmindir.

Bir sözlə... Kişi əgər əsl mənalı kişi olsa, onda qadını da ailəsinin yaxşı arvadı və anası olar. Bu kimi ailənin isti ocağı, tükənməz məhəbbəti ömrlərinin sonuna kimi davam edər.

Ailə və Uşaq     Baxılıb: 3793   Tarix: 21 yanvar 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

turlar.az

sac duzumleri geyim seçimi geyim şəkilləri sineye qulluq buga burcu arıqlamaq üçün çaylar yay geyimleri kosmetika səməd vurğun novruz bayramına aid hakıştalar azerbaycanli is adami amerikada gullelendi kökəlmək üçün qadin.az