Kızılcık Şerbeti' serialının aktrisası Ece İrtemin ölüm səbəbi açıqlandı

Kızılcık Şerbeti' serialının aktrisası Ece İrtemin ölüm səbəbi açıqlandı"Kızılcık Şerbeti" serialında Işıl obrazını canlandıran 28 yaşlı türk aktrisası Ece İrtemin ölümünün rəsmi səbəbi məlum olub.
Bu barədə Demirören Haber Ajansı (DHA) Türkiyə Məhkəmə-Tibb İnstitutunun rəyinə istinadən məlumat yayıb.
Məlumata əsasən, aktrisa alkoqol intoksikasiyası (zəhərlənməsi) nəticəsində vəfat edib.
Faciə aktrisanın ad gününü restoranlardan birində qeyd etməsindən bir gün sonra baş verib. İrtemin anasının sözlərinə görə, onlar axşam saat təxminən 20:30-da evə qayıdıblar. Ece sərxoş vəziyyətdə olarkən həkim tərəfindən təyin edilmiş antidepressant qəbul edib.
Ana gecə qızının tualetə getdiyini eşitsə də, səhər onu oyada bilməyib. Otağa daxil olduqda qızını huşsuz vəziyyətdə görüb. Onun ağzından xoşagəlməz qoxulu maye axdığı bildirilib.
Aktrisanın ölümü ilə bağlı daha əvvəl infarktdan tutmuş qadağan olunmuş maddələrin həddindən artıq qəbuluna qədər müxtəlif ehtimallar irəli sürülmüşdü. Lakin məhkəmə-tibbi ekspertiza bu versiyaları təkzib edib. Hazırda Türkiyədə narkotik vasitələrin istifadəsində şübhəli bilinən aktyorlarla bağlı genişmiqyaslı araşdırma aparılsa da, Ece İrtemin bu işlə heç bir əlaqəsinin olmadığı vurğulanıb.
"T24" nəşri isə aktrisanın vəkili Uğur Gökkoyunun sözlərinə istinadən bildirib ki, daha əvvəl Ece İrtemin Taylandda meymun dişləməsi nəticəsində ölə biləcəyi ehtimalı da irəli sürülmüşdü. / azxeber.com

Şou Biznes     Baxılıb: 1207   Tarix: 09 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

.

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

.

Afra Saraçoğlu İstanbul aeroportunda saxlanıldı

Türkiyədə Bakırköy prokurorluğu tərəfindən 18 sentyabrda narkotik işi üzrə başladılan istintaq davam edir. NTV xəbər verir ki, bu iş üzrə aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb. Saraçoğl

.

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

turlar.az

reseptler yemek reseptleri hamilelikde qidalanma sarimsagin xeyri kakos yagi mətbəx qaydaları sevişmə kosmetika bürclər yumurta xeyanet novruz bayramı haxışta kahfe falı