Klimaks. Öldürücü xəstəliklərə aparır

Klimaks. Öldürücü xəstəliklərə aparırMenopauza necə olur?

Klimaks qadın orqanizmində fizioloji prosess olub, yumurtalıqların və hipofizin fəaliyyətini müəyyən edən hormonların ifrazının pozulması və menstruasiyanın kəsilməsilə xarakterizə olunur.

Klimaks qadınlarda 45-48 yaşda başlayır, lakin bu proses tez (40 yaşadək) və gec (55-56 yaşdan sonra) başlaya bilər.

Menopauza xarakterizə olunur:

-qadın cinsi hormonlarının sintezinin azalması
-menstrual tsiklin pozulması (ritmin,intensivliyin dəyişməsi,ifrazatın miqdarının azalması)
-uşaqlıq yolu selikli qişasının dəyişməsi-nazikləşir və elastikliyini itirir.
- uşaqlıq ölçülərinin azalması

Klimakterik dövrün 8-10 il ola biləcəyini nəzərə alaraq onu bir neçə mərhələyə ayırırlar:

Menopauzaönü dövr yumurtalıqların işinin pozulmasından menstruasiyanın kəsilməsinədək olan dövrdir.Bu dövrdə menstrual tsiklin pozulması baş verir,menstruasiya müntəzəm olmur, ifrazat az olur.Mayalanma xüsusiyyəti kəskin azalır.

Menopauza qadın cinsi hormonlarının sintezinin kəsilməsi ilə xarakterizə olunur. Menstruasiya olmur.

Postmenopauza 3-5 il çəkir.Bu dövrdə yumurtalıqların işi tam dayanır.

Qadınlarda çox zaman menopauzanın ilk əlamətləri yarandıqda klimakterik sindrom inkişaf edir:

-sifət və boyuna qanın axması (priliv)
-tərləmə
-ürəkdöyünmə,təzyiqdə dəyişikliklər
-baş ağrıları
-tez yorulma
-yuxusuzluq
-narahatçılıq
-cinsi həvəsin azalması

Bütün bu əlamətlər orqanizm yeni fizioloji şəraitə uyğunlaşan kimi tez keçir, lakin bəzi qadınlarda klimakterik sindrom uzun müddətli və ağır keçir.

Çox zaman qadınlar tez-tez sidiyə getmədən və ya sidiyi saxlaya bilməməkdən, eləcə də sidik kisəsində xoşagəlməz hissiyatdan şikayətlənirlər.

Menopauzadan sonra qadınlar özlərinə qarşı maksimal dərəcədə diqqətli olmalıdırlar.Belə ki,orqanizmdə gedən dəyişikliklər aşağıda göstərilən ciddi xəstəliklərə gətirib çıxara bilər:

-miokard infarktı
-insult
-hipertoniya
-osteoporoz
-ateroskleroz və s.

Klimakterik sindromun müalicəsi

Klimakterik sindromun müalicəsi qadının şikayətləri,müayinə nəticələri,fərdi xüsusiyyətlər nəzərə alınmaqla yalnız həkim tərəfindən təyin oluna bilər.

Klimakterik sindromun müalicəsi təyin edilməmişdən qabaq bir sıra müayinələrdən keçmək lazımdır:

-floraya ümumi yaxma (qinekoloqun müayinəsi)
-reproduktiv orqanların USM
-mammoqramma
-qanın ümumi analizi
-qanın biokimyəvi analizi
-lipid kompleksinə analiz
-qanda hormonların səviyyəsi
-qan təzyiqi (səhər,axşam)
-sümüklərin rentqenoqrafiyası
-densitometriya

Klimakterik sindromun ən müasir müalicə üsulu qadın orqanizmində çatmayan hormonların təmin edilməsinə yönəldilmiş əvəzedici hormonal terapiyadır.Bu terapiya yalnız xoşagəlməz simptomları aradan qaldırmağa deyil, həm də qadın orqanizminin yenidən qurulması ilə bağlı ağır xəstəliklərin yaranmasından qaçmağa imkan verir.

Postmenopauza dövründə aparılan əvəzedici terapiya ürək-damar xəstəliklərinin və osteoporozun ən yaxşı profilaktikası olub,emosional vəziyyəti stabilləşdirməyə kömək edir.Daha bir müsbət effekti - dərinin qocalmasını ləngidir.

Sağlamlıq     Baxılıb: 2728   Tarix: 12 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar