Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında "dejurniy" müğənni etmişdilər' - Natavan

Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında Xəbər verdiyimiz kimi müğənni Natavan Həbibi ilə tanınmış prodüser Oqtay Əliyev arasında narazılıq yaranıb.
azxeber.com xəbər verir ki, Oqtay Əliyevin Natavan Həbibi ilə bağlı fikirlərinə müğənni Azxəbər-in "İnstaqram"dakı səhifəsinin şərh bölümündə cavab verib.
Oqtay Əliyevin "Bizim ailədə 5 nəfər adam var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plintusdan da aşağıdır" fikrinə Natavan Həbibi belə cavab verib:
"Mənə maraqlı deyil neçə nəfərsiniz və nə edirsiniz. Sizə niyə maraqlıdır mənim işim, anlamıram. Soğan yeməmisiniz ki? Kim kimin vəkilidir sizdə? Biri başa salsın ki, qanun hamı üçün qanundur. Bu arada məni övladınızın məclisinə dəvət etmişdiniz. Elə bilirdim hörmətdəndir. Sən demə, sizin kimi böyük insanlar bizi - plintusdan aşağı olanları çağırıb oxutdurursunuz. Köhnə adətinizdir. Pis öyrəşmisiniz də. Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında "dejurniy" müğənni etmişdilər. Ailədə neçə nəfərsiz məni maraqlandırmır. Öz işinizlə məşğul olun, mənim mövzularıma toxunmayın.
Həmçinin Oqtay Əliyevin "Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur" fikrinə də Natavan Həbibi öz cavabını yazıb:
"Adlar məsələsinə gəlincə isə, lap uşaq bağçasında hiss etdim özümü. Ayıbdır, yekə adamlarsınız. Nə xoş sizə ad verilir, maaş verilir. Mən də şükür edirəm ki, mənim sənətim, ruzim var. Ad olmasa da olar. Məni Yaradan sevsin, mənə ad versin. Sizinlə bir yolda olmayaq".
Ayşən Mirzəyeva
Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında

Şou Biznes     Baxılıb: 1288   Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib. xəbər veri

.

Serhat Kılıçın rolu ona verildi - Foto

Türkiyəli aktyor Savaş Özdemirin yeni layihəsi bəlli olub. Aktyor "Teşkilat" serialına çəkiləcək. O, layihədə "Yadigar" obrazını canlandıracaq. Qeyd edək ki, daha əvvəl bu obraz bir neçə gün əvvəl dünyasın

.

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

.

Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obraz

.

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

.

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

Tanınmış müğənni Kəmalə Qaramollayeva "İllərin hesabatı" adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır. xəbər verir ki, ifaçı 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Gecəd

.

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?

"Eşref Rüya" serialının finalından sonra pərəstişkarları təəccübləndirən xəbər yayılıb. "Eşref Tek" adlı layihənin Prime Videoda yayımlanacağı anons edilib. . Onun "Eşref Rüya"nın birbaşa davamı

turlar.az

geyim necə seçməli kosmetik vasiteler yay geyimləri 2026 plov reseptləri imam sadiq sonsuzluq mimoza salatinin hazirlanma qaydasi kosmetika englishdilində qulaq novruz pizza veten haqqinda bayatilar rus dilini öyrənək