Kolbasa yeməyin, bu xəstəlikləri yaradır – Ekspertdən açıqlama
Emal olunmuş ət məhsulları xüsusilə kolbasa və sosiskalar gündəlik qidalanmada geniş istifadə olunsa da, mütəxəssislər bu məhsulların sağlamlığa ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi və dietologiya üzrə eksperti Ağa Salmanovun sözlərinə görə, kolbasa məhsulları tərkibinə əlavə olunan konservantlar, dadlandırıcılar, rəngverici maddələr və nitratlar səbəbindən uzunmüddətli istehlak zamanı müxtəlif xəstəliklərə yol aça bilər:
"Bu tip məhsulların tez-tez qəbulu başda mədə-bağırsaq xəstəlikləri, qan təzyiqi problemləri, ürək-damar sistemində pozğunluqlar və hətta onkoloji risklərin artması ilə nəticələnə bilər".
"Kolbasaların tərkibindəki natrium nitrat və nitritlər orqanizmdə toksik təsir yaradır. Bu maddələr bədəndə parçalanaraq kanserogen birləşmələrə çevrilə bilər. Xüsusilə uşaq və yaşlıların bu məhsullardan uzaq durması tövsiyə olunur", - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, istehlakçılar bu cür məhsulların qəbulu zamanı miqdara və tərkibə diqqət etməli, mümkün qədər təbii və ev şəraitində hazırlanmış alternativlərə üstünlük verməlidirlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daha əvvəl emal olunmuş ət məhsullarını potensial kanserogen qidalar siyahısına daxil edib.
Asya
Milli.Az









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur