Komitədən xəbərdarlıq: Təkuşaqlı ailələrin...

Komitədən xəbərdarlıq: Təkuşaqlı ailələrin...Azərbaycanda əhalinin son 2 siyahıya alınmasına görə, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 3-4 və daha çox uşaqlı ailələrin sayı azalıb.
Xanim.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, tendensiya davam edərsə, əhalinin növbəti siyahıya alınmasında 1, 2, 3, 4 və daha çox uşaqlı ailələrin sayında ötən illərdə yaranan fərq bir qədər də arta bilər.

Komitə rəsmisi qeyd edib ki, 1999-cu ildə siyahıyaalmanın məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələr arasında 1 uşaqlı ailələrin (288 200) sayı 22,5%, 2 uşaqlı (450 700) ailələrin sayı 35,3%, 3 uşaqlı ( 326 200) ailələrin sayı 25,5%, 4 və daha çox uşaqlı (213 900) ailələrin sayı 16,7% təşkil edib. 2009-cu ildə siyahıyaalmaya əsasən isə 1 uşaqlı ailələr (396 000) 30,1%, 2 uşaqlı ailələr (529 000) 40,3%, 3 uşaqlı ailələr (261 900) 19,9%, 4 və daha çox uşaqlı ailələr (126 700) 9,7% təşkil edib: "Rəqəmlərdən də bəlli olur ki, 1 uşaqlı ailələrin sayı 7,6 faiz, 2 uşaqlı ailələrin sayı 5 faiz artıb. 3 uşaqlı ailələrin sayı 5,6 faiz, 4 və daha çox uşağı olan ailələrin sayı 7 faiz azalıb. Əgər bu tendensiya davam edərsə, əhalinin növbəti siyahıya alınmasında bu fərq bir qədər də arta bilər. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda doğum ardıcılllığına görə 4509 uşaq ailənin 4-cü, 1222 uşaq ailənin 5-ci və daha çox uşağı kimi dünyaya gəlib. 2015-ci ildə isə 4404 uşaq ailədə 4-cü, 1108 uşaq isə 5-ci və daha çox uşaq kimi dünyaya gəlib".

A.Veysəlova əlavə edib ki, hazırda Azərbaycan ailələrində daha çox 2-3 uşağın olmasına üstünlük verilir. Lakin bu halda da ər-arvad ailədə oğlan uşağının olmasını mütləq şəkildə istəyir.

A.Veysəlova əlavə edib ki, əksər ailələrdə ilk iki övlad qız olursa, ər-arvad mütləq şəkildə 3-cü uşağın oğlan olması üçün ailə planlaşdırması aparır: "Amma ər-arvad ailədə 2 uşağın olmasını istəyirlərsə, onlardan birinin qız, digərinin oğlan olmasını planlaşdırırlar. Komitə olaraq, biz hansısa cinsə üstünlük verilməsinin əleyhinəyik. Uşaqlara qarşı cinsi ayrı-seckiliyə yol verilməməlidir. Əsas odur ki, uşaq sağlam olsun və düzgün tərbiyə edilsin. Komitə bunun tərəfdarıdır və bu istiqamətdə də təbliğat aparır".

Ailədə tək uşağın olmasını müəyyən qədər düzgün saymayan A.Veysəlova belə uşaqlara valideynləri tərəfindən həddindən artıq qayğı və diqqət göstərildiyini də söyləyib: "Belə uşaqlar sərbəst cəmiyyətə atıldıqda bu diqqəti və qayğını görmədikdə müəyyən problemlərlə üzləşirlər. Onlar özlərini təklənmiş, bir növ ümidsizliyə düçar olmuş kimi hiss edirlər. Bu, sadə problem kimi görünsə də, müəyyən fəsadlar yarada bilər. Buna görə də yaxşı olar ki, valideynlər tək uşaq böyütməkdən çəkinsinlər. Çünki təkuşaqlı ailədə böyüyən övlad eqoist olmaqla yanaşı, qısqanclıq kimi xüsusiyyətə də yiyələnir və paylaşmağı sevmir. Lakin valideynlər dünyaya övlad gətirməyin məsuliyyətini də dərk etməlidirlər. Çünki əsas məsələ uşaq dünyaya gətirmək yox, ona zaman ayırmaq, tərbiyələndirmək, sevgi və qayğı ilə əhatə etməkdir. Əgər ana və atalar övladlarının həm maddi, həm də mənəvi baxımdan ehtiyaclarını ödəyə biləcəklərsə, onda təbii ki, onların 2 və daha artıq uşağa üstünlük vermələri məsləhətdir. Çoxuşaqlı ailələrdə böyüyən uşaqların da müsbət tərəfləri var. Onlar komplekssiz olur, daha tez ünsiyyətə girməyi bacarır və tək uşaqlardan fərqli olaraq, özlərinə qapanmırlar. Ona görə də demoqraflar, eləcə də psixoloq və sosioloqlar belə hesab edirlər ki, ən ideal variant ailədə 3 uşağın olmasıdır".

Xəbərlər     Baxılıb: 2355   Tarix: 29 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj etmek qaydalari geyim və ayaqqabılar donlar 2026 xinayaxdi bayati baliq yaginin faydalari sepkilere qarsi otaq dizayni kosmetika maskalar nağıllar şəkərbura vətənə aid atalar sözləri sirniyatlar