Kommunal xidmətlərlə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir.
Xanim.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.
O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: "Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə, bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır".
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir