Kompüter qarşısında çox oturmaq gözün nəmliyini qurudur

Kompüter qarşısında çox oturmaq gözün nəmliyini qurudurGöz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir və insan həyatında çox mühüm rol oynayır. Göz vasitəsilə ətrafda cərəyan edən hadisələri görür, rənglərin çalarlarını seçir, həyatın gözəlliklərini duyuruq. Ona görə də onların gigiyenasına düzgün əməl edilməsi vacib şərtlərdən biridir.
Milli.Az bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib: "Ətraf mühitdən informasiyanın 90 faizi göz vasitəsilə alınır. Gözlərinin hər birinin çəkisi 10-13 qram arasında olsa da, onun funksiyaları kifayət qədər çoxdur. Göz elə orqandır ki, onun daim qidalanmağa ehtiyacı var. İlk növbədə gün ərzində 1 saat təmiz havada gəzmək buynuz qişa, beyin və göz dibi üçün çox faydalıdır.
Kompüter qarşısında uzun müddət oturanda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər".
"Ən ideal göz masajı hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxın və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda o qədər ona aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur", - deyə həkim-oftalmoloq bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1277   Tarix: 02 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani