Kompüter, telefon, TV uşaqlarda görməni zəiflədir?

Kompüter, telefon, TV uşaqlarda görməni zəiflədir?"Körpələr hələ doğum evindəykən ətraflı müayinə olunur, bundan sonra evə yola salınırlar. Bundan sonrakı məsuliyyət valideynlərin üzərinə düşür. Bəzən məktəbə gedənə qədər uşaqlarda görmə və göz müayinəsi heç aparılmır".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib. Həkim bildirib ki, adətən 7 yaşından sonra uşaqlarda göz sağlam böyük yaşlı insandakı kimi eyni göstəricilərə çatır: "Nəzərə alsaq ki, göz alması və görmə analizatoru məhz bu yaş həddinə qədər inkişaf edir, görmə qüsurları və zəifliyinin vaxtında qarşısını almaq üçün bu mərhələdə vaxtaşırı müayinə mütləqdir".
Oftalmoloq bildirib ki, uşaqlarda heç bir problem olmasa belə müayinələr aparılmalıdır. İlk müayinə körpənin 6 aylığında, növbəti müayinə 3,5 və 7 yaşlarında aparılmalıdır: "Körpələrdə refraksiyaya bağlı (yüksək eynək nömrələri) çəplik, göz tənbəlliyi (görmənin korreksiya ilə belə zəif olması), klinikasız keçən göz dibi şişləri (retinablastoma), görmənin itirilməsi ilə yaxud kəskin zəif olması ilə, titrəmə (göz almasının titrəməsi-nistaqm), çəplik ilə nəticələnəcək göz dibi xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası (göz dibinin inkişafdan qalması), anadangəlmə qüsur və sindromlar vaxtında aşkarlanıb müdaxilə olunsa, uşaqlara yüksək, sağlam görmə bəxş etmək olar".
Onun sözlərinə görə, körpələr fikirlərini tam ifadə edə bilmədiklərinə görə, gözlərindən şikayət etmirlər, bunu nəzərə alaraq valideynlər diqqətli olmalıdırlar: "Ətrafdakıların körpə haqqında "iri gözdür", "xam baxışı var", "hələ körpələr görmürlər" kimi  fikirlərinə əhəmiyyət verilməməlidir. Yenidoğulmuşlarda fərqli ölçülərdə olsa (iri həcmli görürlər) da görmə olur, həyatının 2-ci ayından başlayaraq binokulyar görmə (ayrı-ayrı gözlərlə görülən şəkil beyində birləşib vahid təsvir təşkil etmək qabiliyyəti) inkişaf edir, artıq körpələrdə fiksasiya qabiliyyəti olur, 6aylığında görməsi artır, görmə analizatoru inkişaf etmiş olur".
Bəs saatlarla kompüter, TV, smartfon istifadə edəndə uşaların görməsi zəifləyirmi? Valideynləri ən çox bu məsələnin narahat etdiyini deyən A.Əliyeva bunları deyib: "Uzun müddət monitor texnikadan istifadə edən uşaqlarda görmə zəifləməz, sadəcə, gözdə quruluq, yorğunluq və bununla əlaqədar olaraq görməni müxtəlif məsafəyə fokuslayan əzələlərin spazmı yaranar. Belə ağırlaşmanın qarşısını almaq üçün görmə gərginliyinə, dərslərə fasilələr vermək, yaşıllıq və açıq havada vaxt keçirmək, yuxudan 1-2 saat əvvəl qajetlərdən istifadə etməmək, gecə 8-9 saatlıq yuxu yatmaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 30 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri geymler 2026 sade makiyaj sekilleri qara tutun faydalari gözəl xanım bakirəliyin pozulması mexmerek kosmetika vətən haqqında bayatı statuslar sperma bayraq baliq burcu