"Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı" - Namiq Qaraçuxurlu

"Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı" - Namiq Qaraçuxurlu"Məndən öncə meyxana üçün Nizami Rəmzi, Ağasəlim Çıldaq və digər meyxanaçılar müəyyən işlər görmüşdülər, Sovet dövründə meyxananı qoruyub saxlaya bilmişdilər.Mənimlə meyxanada tamamilə başqa bir dövr yarandı. Rəqabət meydana gəldi".
Open.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında deyib.
O, sənətə gələndən sonra meyxananı beynəlxalq arenaya çıxardırdığını bildirib:
"Sadalasam, özümü tərifləmiş olaram. Amma bir meyxanaçının "Şəfa" stadionunda konserti ağlıma gəlir. Meyxananı Azərbaycandan kənara çıxardım, efirlərdə kütləviləşdirdim. Əvvəl meyxanaçıları ancaq bayram verilişlərinə çağırırdılar, məndən sonra bu dəyişdi. Əvvəllər bunları danışmırdım, amma gördüm ki, insanlar tarixi saxtalaşdırmaq istəyir. Buna görə də artıq susmuram. Məndən öncə nə qədər meyxanaçı olub. Birinin ağlına gəlməyib ki, klip çəkdirsin. Deyirdilər ki, meyxanaçı niyə prodüserlə işləməlidir ki? Mənə zəng gələndə başqası telefonu götürürdüsə, bu, faicə idi. İnsanların beyninə bunu yeritmək o qədər çətin idi. Adi cins şalvar geyinmək belə onlar üçün faciə sayılırdı. İndi hamısı geyinir. Müəyyən sərhədləri aşmaq lazım idi, bunu etdim".
"Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı" - Namiq QaraçuxurluN.Qaraçuxurlu həmkarlarının ona qarşı birmənalı olmayan münasibətindən də söz açıb:
"Mənimlə "Rəvayət" klipindən sonra düşmən oldular. Paxıllıqdan başqa heç nə görmürdüm. Onlara dedim ki, siz də pul qazanacaqsınız, sizi də tanıyacaqlar və məndən əl çəkəcəksiniz. Elə də oldu. Ardıcıl meyxana yarışmaları keçirildi və onlar da tanındılar".
O, həmkarı Namiq Mənanın meyxananı bədiyyyə adlandırmasına da münasibət bildirib:
"Onun dərinliyinə getmədim. Boş-boş söhbətlərdir. Bilərəkdən bilməyərəkdən kimisə gündəmə gətirir. Meyxananın adını qurdalamaq lazım deyil".
"Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı" - Namiq QaraçuxurluN.Qaraçuxurlu uzun müddətdir konsert verməməsinin səbəbini açıqlayıb:
"Konsert sistemində çalışan dələduzlar problemlər yaratdılar. "Şəfa" stadionunda konsert verəndə müdiriyyəti dəyişmişdi. Konsertə bir həftə qalmış tədbiri təxirə salırdı ki, meyxana nədir? Gəlib buranı pis günə qoyacaqlar, yeni təmirdən çıxıb. Axır bir neçə dövlət adamı işə qarışdı, konsert baş tutdu. Heydər Əliyev sarayında xəbər tutdum ki, hər şey sıfır vəziyyətdədir. On gün qalmış məşqləri atdım, səhnə tərtibatı, işıq sistemi ilə məşğul oldum. Dedim ki, pulunu özüm ödəyəcəm. Belə problemlər yaşandı. Mənə qonorar ödənməli idi, verilmədi. Bu hallar Azərbaycandan kənarda da baş verdi deyə, konser verməkdən iyrəndim. Ancaq bu il konsert vermək niyyətindəyəm".(axşam.az)
"Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı" - Namiq Qaraçuxurlu

Şou Biznes     Baxılıb: 1848   Tarix: 12 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

turlar.az

gozel gorunmek gelinlikler hamiləlik hamileliyin ilk elameti sepkilere qarsi mualice sizanaqlara qarsi resept mirzə ələkbər sabir satiraları kosmetika bakire seksler ikizler orqazm əfsanələr