"Kontakt Home" şəhid ailəsinin adından istifadə edib qarayaxma edənləri məhkəməyə verəcək - KONTAKT HOME

"Kontakt Home" şəhid ailəsinin adından istifadə edib qarayaxma edənləri məhkəməyə verəcək - KONTAKT HOME"Şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsi səbəbilə zorla geri götürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu şəbəkəmizə qarşı hazırlanmış qarayaxmadır. 2 ailə arasında məişət zəminində olan narazılıq və şəhid ailələrinin həssaslığından istifadə edərək "Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətinə kölgə salmaq, işgüzar nüfuzunu ləkələmək və cəmiyyəydə çaşqınlıq törətməyə yönəlmiş qərəzli kampaniyadır".
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Kontakt Home" mağazalar şəbəkəsinin Hüquq departamentinin rəhbəri Vurğun Quliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hazırda bu kampaniyanın əsas motivləri aydınlaşdırılır və səbəbkarlar barəsində hüquqi ölçü götürüləcək.
"Təəssüflə bildiririk ki, ailədaxili anlaşılmazlıq ruhu qarşısında baş əydiyimiz şəhid ailəsində baş verib. Şəhid Şirəli Adilovun qayınanası Azadə Məmmədova 2019-cu ilin dekabr ayında bizdən məhsul alıb və 2020-ci ilin yay ayında qızını gəlin köçürüb. Həmin əşyalar cehiz olaraq şəhidin yaşadığı mənzilə aparılıb. Ötən ilin sentyabrında müharibə başlanıb, müzəffər ordumuz torpaqlarımızı azad edib və həmin ailənin igid oğlu da şəhid olub. Sonradan ailələr arasında narazılıq yaranıb və şəhidin xanımı ata evinə qayıdıb. Bundan sonra, ötən ilin dekabr ayınının 31-də gəlinin anası bizimlə əlaqə saxlayaraq aldığı məhsulların geri qaytarılmasını istəyib. Yazırlar ki, guya əşyalar borca görə qaytarılıb, əslində xanım ödənişi vaxtlı-vaxtında edib və borca görə qaytarılma olmayıb".

V. Quliyevin sözlərinə görə, müştərinin şəhid ailəsi olduğu bilinəndə əşyaların saxlanılması ilə borcu qaytarmaq təklif olunub. A. Məmmədovadan şəhidin ölüm kağızı deyil, yalnız şəhid ailəsi ilə qohumluğunu bildirən hər hansı sənəd istənilib. O isə təkidlə əşyaların mağazaya geri qaytarımasını istəyib: "Şəhid yoldaşının istəyi olduğuna görə həmin əşyalar bu ilin yanvar ayında geri qaytarılıb. Xahişi nəzərə almasaydıq, bu qarşı tərəfdə də narazılıq yarada bilərdi. Qaytarılma məhsul sahibinin və ev sahibinin iştirakı ilə və etirazı olmadan həyata keçirilib. Yalnız 5 aydan sonra – mayın 20-də məsələ qərəzli və məsuliyyətsiz şəkildə gündəmə gətirilib. Bu aylar ərzində ailələr tərəfindən "Kontakt Home" mağazasına ünvanlanan hər hansı narazılıq olmayıb".

"Kontakt Home" mağazalar şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova isə bildirib ki, hazırda həmin məhsul şirkətin anbarında saxlanılır. Həmçinin məhsula görə şəhidimizin həyat yoldaşının ailəsi tərəfindən ödənilən kredit məbləğləri geri qaytarılıb. Əgər ailə nə vaxt istəsə, hara istəsə, həmin əşyaları yenidən gətirib qaytara bilərlər.

Vəfa Rüstəmovanın sözlərinə görə, "Kontakt Home" mağazalar şəbəkəsi azsaylı şirkətlərdəndir ki, nəinki qazi və şəhidlərin, o cümlədən, onların ailə üzvlərinin də borclarını bağışlayıb.

"Bundan əlavə, şəhid Şirəli Adilovun bacısının da mağazaya borcu olub və məsələyə fərdi qaydada baxılıb, həmin borc tamamilə silinib. Həmçinin şəhidin atasının da mağazadan krediti olub və həmin borc da sıfırlanıb. İndiyə kimi İkinci Qarabağ müharibəsi şəhidlərinin və onların birinci dərəcəli ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Həmçinin birinci və ikinci qrup əlillərin ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Ümumilikdə indiyədək 279 şəhid və qazi ailəsinin 193 min 307 manat borcu bağışlanılıb. Həmçinin aldıqları məhsullar da özlərində saxlanılıb. Bunu edən şirkət şəhidin ətrinin qaldığı 1 çarpayını götürə bilməz. Bu tam absurddur və burada manipulyasiyadan söhbət gedir".

Şirkət rəsmisi Vurğun Quliyev həmçinin bildirib ki, "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı qərəzli paylaşımı edənlər, bu məsələdən bu və ya digər formada istifadə edən hər bir şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət olunub.

Mətbuat konfransında vurğulanıb ki, ötən il Prezident İlham Əliyev tərəfindən Qobu qəsəbəsində müharibə iştirakçıları üçün yaşayış kompleksinin açılışı həyata keçirilib. Prezident açılış mərasimində özəl şirkət və sahibkarlara müraciət edərək şəhid və qazi ailələrinin mənzillə təmin olunması üçün çağırış edib. "Kontakt Home" bu təşəbbüsə qoşulan ilk şirkətlərdəndir. Qobuda 10 mənzilin bu mağazalar şəbəkəsinin maliyyə dəstəyilə tikilməsinə başlanılıb və yaxın vaxtlarda istifadəyə veriləcək.

Həmçinin müharibə müddətində şirkətin 1 həftə ərzində əldə etdiyi gəlirlərdən Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manatlıq ianə edilib. Şirkətin 97 əməkdaşının hər birinə ümumilikdə 50 min manatlıq yardım olunub və maaşları saxlanılıb. "Kontakt Home"un bir əməkdaşı Aslan Rzayev Vətən müharibəsində şəhid olub. Şirkət onun 1,5 yaşlı övladını 23 il müddətinə himayayə götürüb və birdəfəlik 25 min manat məbləğində dəstək olunub. Həmçinin ilk qadın şəhid Arəstə Baxışovanın övladlarının onlayn dərs vəsaitinə ehtiyacı olduğunu öyrənən mağaza rəhbərliyi onları həmin vəsaitlə təmin etməklə yanaşı, uşaqların hər birinə 10 000 olmaqla, ümumilikdə 20 000 manat məbləğində köməklik edib.
"Kontakt Home"un "Qarabağ proqramı" çərçivəsində həyata keçirdiyi bütün sosial layihələrlə buradan tanış ola bilərsiniz.

Xəbərlər     Baxılıb: 1674   Tarix: 27 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

donlar 2026 qadın geyimi reseptler sirin gilas saglamliq haqqinda usaq otagi dizaynlari sac duzumleri kosmetika hüzeyir hacibəyov sac modelleri porno video atalar sozu