Könül Kərimova ağladı: "Atam yaxşı günlərimi görmədi"

Könül Kərimova ağladı: "Atam yaxşı günlərimi görmədi"ARB TV-də yayımlanan "Gəlin Danışaq" proqramının növbəti qonağı müğənni Könül Kərimova olub.

Axşam.az-ın məlumatına görə, müğənni atası ilə bağlı xatirələrdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Atam mənim yaxşı günlərimi görmədi. Çox istəyirdim ki, onun qulluğunda durum. Özü də elə bir adi xəstəlikdən getdi ki, bu gün üç adamdan biri o xəstəliyi çəkir. Bir dəfə yüngül, mikroinfarkt keçirib, 2 aydan sonra dünyasını dəyişdi. Bu gün çox adi bir şeydir. Ölümünə 2 gün qalmışdı. Mən hiss elədim ki, artıq gedəcək. Gəlmişdi bizə. Mən də yemək hazırlamışdım. Demişdilər, yağlı yemək olmaz. Mən də indiki kimi yadımdadır kələm dolması hazırlamışdım. Qabağına qoydum ki, ürəyincə yesin. Dedi ki, axı bu, mənə olmaz. Dedim heç nə olmaz. Üstündən qatıq verərəm. Çünki bilirdim ki, artıq gedəcək. Elə bil ki, ürəyimə dammışdı. 2 günün tamamında artıq xəbər gəldi ki, yoxdur.

Demirəm, o dərəcə də kasıb olmuşuq. Payız fəsli heç sevmirəm. Payızda yadıma gəlir ki, atam işə gedib gələndə dəhşətli küləklər olurdu. Nazik bir üst geyimi vardı. Uşaq idim. Deyirdim ki, külək birdən atamı yıxar, soyuq olar. Ən yaxşı günlərimə az qalmışdı, mən onu itirdim. İstədiyim kimi onun qulluğunda dura bilmədim. O, rəhmətə gedəndə təsəvvür edin ki, birotaqlı evdə yaşayırdım. Ora bizim həm yataq otağımız, həm qonaq otağımız, həm də mətbəximiz idi. İndi baxıb deyirlər ki, Könül necə alıb bu böyük evi? Bir şeyi dərk edə bilmirəm ki, axı mən gecə-gündüz işləyirəm. Hər əzab, əziyyətə qatlaşmışam ki, mənim çəkdiyim çətinlikləri övladlarım çəkməsin. Bir şəklim var ki, hansı ki hələ də saxlayıram ki, baxanda o günlərim yadımdan çıxmasın. Çox pis şəraitimdə olan şəkildir. Şəkili elə həvəslə çəkirdik ki, elə bilirdik xoşbəxtik. Dərk eləmirdik heç nə. Mən o günləri istəmirəm unudum".

Sonda Könül Kərimova ailəsindən söz açıb:

"Qış olanda elə bilirdim bütün insanlar üşüyür. Ailə quranda deyirdim ki, nə olur-olsun övladım gözün açanda sevinim ki, bizim evimiz var. Son 2 aya qədər mən ikicanlı vəziyyətdə məclislərə getmişəm. Olub ki, huşumu itirmişəm. Yəni belə dişimlə, dırnağımla bu günlərə gəlmişəm. Xatırlamıram ki, hansısa bir işim asan olsun. Keçmişdən ancaq mən əzab-əziyyətdən danışa bilərəm. O qədər şükür edirəm. bir neçə şey var ki, o mənə təsir edir. Əlbəttə ki, atam mənim o əzablı günlərimi görmüşdü. Həmişə də ən böyük dəstəkçim o olub. Gecə saat 9 olanda anam deyirdi ki, yatmaq vaxtıdır. İxtiyarımız nə idi, bir dəqiqə gecikək. Peçin arasında bir yer var idi. Oradan baxanda televizoru gprürsən. Ora gedirdik. Atamın gözü sataşdı ki, kimsə baxır. Gördü ki, mənəm. Dedi ki, gəl burda. Dedim qorxuram axı. "Qorxma, gəl", dedi. Anamla mübahisələri düşürdü mənə görə. Deyirdi ki, bu müğənni olacaq. Qoy baxsın konsertə. O biriləri yatsın, bu baxsın".

Xəbərlər     Baxılıb: 2507   Tarix: 14 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan