"Könül yarası" serialının rejissoru "Mənim çəkdiyim serialda elə şey ola bilməz"
"Özüm istəmərəm ki, elə səhnələr olsun".
Bu sözləri ARB telekanalında yayımlanan "Könül yarası" serialının rejissoru Qulu Əsgərov seriallarda olan açıq-saçıq səhnələr haqda BiG.AZ-a danışarkən deyib:
"Mən deyə bilmərəm ki, mənim çəkdiyim serialda elə şey ola bilməz. Ssenari nə tələb edirsə o, da olur. Amma şəxsən özüm də istəmərəm ki, milli mentalitetimizə yad olan səhnələr olsun. Amma ssenari bunu tələb edirsə, biz də çəkirik. Bəzən olur ki, aktyor və ya aktrisa etiraz edir həmin səhnəyə çəkilməyə o, zaman biz də ya səhnəni ya da həmin aktyoru dəyişirik. Amma şükür ki, hələ biz də elə problemlər yaşanmayıb".
Qeyd edək ki, "Könül yarası" serialı həftəiçi hər gün 19:00-da ARB telekanalında yayımlanır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir