Köp və onun səbəbləri

Köp və onun səbəbləriBağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.

Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar (bəzən çox güclü) və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. Köpmənin (meteorizm) səbəbləri arasında:

— qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.

— insan qida qəbulu zamanı danışdıqda, saqqız çeynədikdə, çubuq vasitəsilə maye içdikdə, bu da artıq miqdarlarda havanın udmasına səbəb olur ki, nəticədə bağırsaqlarda köp əmələ gəlir.

— bəzi məhsulların qəbulu. Bu məhsullar arasında kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilər, pivə, kvas. Lakin bunu da nəzərinizə çatdıraq ki, bu məhsullar bütün insanlarda köpməyə səbəb olmur, bu çox fərdi prosesdir.

— həzm proseslərinin pozulması, fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması köpün əmələ gəlməsinə səbəb ola bilər.

— bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət ərzində bağırsaqlarda qalır ki, bunun da nəticəsində qıcqırma prosesləri inkişaf edir. Bu proseslərin nəticəsində isə bağırsaqlarda köp əmələ gəlir. Bağırsaqların hərəkətliliyinin pozulması səbəbləri: bağırsaqların anomaliyaları (məsələn, normadan uzun bağırsaq), mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, hamiləlik, bəzi dərman preparatların qəbulu və s.

— bağırsaqlarda olan mexaniki maneələr də (şişlər, poliplər, bitişmələr) köpün əmələ gəlməsinə səbəb olur.

Beləliklə, əgər siz köpdən əziyyət çəkirsinizsə, mütləq qastroenteroloqun müayinəsindən keçin. Köp müxtəlif və bəzən çox təhlükəli mədə-bağırsaq sistemi xəstəliklərin simptomu ola bilər.

Sağlamlıq     Baxılıb: 2639   Tarix: 12 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar