Koronavirus barədə 20 MİF

Koronavirus barədə 20 MİFÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, koronavirus -COVID-19 haqqında ən çox yayılmış mif və yanlış təsəvvürləri açıqlayıblar.
Milli.Az koronovirusla bağlı yanlış sayılan, səhv başa düşülən 20 məqamı təqdim edir:
Mütəxəssislər hesab edir ki, bunlara inanmağa dəyməz:
1. Yeni koronavirus ağcaqanad dişləməsi ilə ötürülür. Xeyr, belə deyil. Bu, əsasən hava-damcı yolu ilə keçrir.
2. Sarımsaq yemək infeksiyadan qoruyacaq. Xeyr, effektivliyinə dair heç bir dəlil yoxdur.
3. Uşaqların sidiyi koronavirusun qarşısını almaq üçün vasitədir. Xeyr, sidik virus və ya bakteriyanı öldürmür.
4. Soyuq, qarlı havalarda olmaq, açıq havada qalmaq virusu məhv etməyə kömək edir. Buna inanmaq üçün heç bir səbəb yoxdur.
5. Kokain qəbul etmək koronavirus infeksiyasından qorunmağa kömək edə bilər. Xeyr, bu stimullaşdırıcı narkotik yeni infeksiyaya təsir edə bilməz.
6. Sikkələr, əskinaslar və ya bank kartları da daxil əşyalara toxunmaqla yoluxma riski olduqca yüksəlir. Xeyr, bu risk çox aşağıdır.
7. Asqırma və ya öskürmə zamanı atılan damcılar xəstədən 8 metr məsafəyə uçur. Xeyr, bu məsafə 1 metrdən çox deyil.
8. Yeni koronavirus hava ilə uzaq məsafələrə yayıla bilər. Xeyr, bu tənəffüs virusunun damcıları böyük bir kütləyə sahibdir, buna görə də uzaqlara uça bilmir.
9. Elektrikli əl qurutma maşınları virusu məhv etməyə imkan verir. Xeyr,  koronavirus infeksiyasının qarşısını almaq üçün əllərinizi spirt tərkibli  və digər antiseptiklərlə mütəmadi olaraq silmək və ya sabunla yumaq lazımdır.
10. N95  tipli maskalar (daha etibarlı respirator maskalar) təkrar istifadə üçün yuyulub sterilizasiya edilə bilər. Xeyr, buna icazə verilmir.
11. Dezinfeksiya üçün  ultrabənövşəyi lampa koronavirusu məhv etməyə imkan verir. Xeyr, ultrabənövşəyi radiasiya virusa öldürücü  təsir etmir, ancaq dərinin qıcıqlanmasına səbəb ola bilər.
12. Etanol və ya xlorla bədən səthini silməklə, spirtli içki içməklə koronavirus məhv olur. Xeyr, bədənə artıq daxil olmuş virusları bu yolla öldürə bilməzsiniz.
13. Çindən gələn məktub və bağlamalar koronavirusa yoluxdura bilər. Xeyr, tədqiqatlar koronavirusların zərflər və bağlamalarda  çox qalmadığını göstərib.
14. Ev heyvanları koronavirusa yoluxdura bilər. Bununla bağlı heç bir dəlil yoxdur.
15. Pnevmoniyaya qarşı peyvəndlər koronavirusdan qoruya bilər. Xeyr, bu virus köklü şəkildə fərqlənir və xüsusi bir peyvəndi yoxdur.
16. Burunun duzlu su (apteklərdə satılan) ilə müntəzəm olaraq yuyulması infeksiyadan qoruyur. Xeyr, bu yalnız ümumi bir soyuqdəymədən qoruya bilər.
17. Yalnız yaşlı insanlar yeni koronavirusa yoluxa bilərlər. Xeyr, bütün yaş qruplarının nümayəndələri yoluxa bilər.
18. Antibiotiklər yeni koronavirus infeksiyasının qarşısını almaq və müalicə etmək üçün təsirli bir vasitədir. Antibiotiklər viruslara təsir etmir.
19. Dəriyə kuncut yağı  sürtmək koronavirusdan qorunmağa kömək edir. Xeyr, yağ virusu öldürmür.
20. Həkimlər artıq infeksiyanın qarşısının alınması və ya müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələri əldə edə biliblər. Xeyr, bu cür dərman hələ də yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1653   Tarix: 21 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade