Koronavirus birbaşa və dolayı yolla ürək-damar sisteminə təsir göstərir

Koronavirus birbaşa və dolayı yolla ürək-damar sisteminə təsir göstərirYeni növ koronavirus (COVID-19) infeksiyasının törətdiyi xəstəlik bütün dünyada yayılaraq pandemiya şəklini alıb. Həmin infeksiyanın patofiziologiyası virusa qarşı iltihabi cavabın güclənməsi ilə əlaqədardır, bu da ağciyər toxumasının zədələnməsinə və ürək-damar sistemi də daxil olmaqla generalizə olunmuş pozulmaların yaranmasına gətirib çıxarır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Konsultativ Diaqnostik Poliklinikasının müdiri, Terapevtik və pediatrik propedevtika kafedrasının assistenti Təranə Musayevanın "COVID-19 və ürək-damar sistemi xəstəlikləri" məqaləsində qeyd olunub.
Məqalədə COVID-19 və ürək-damar sistemi xəstəlikləri arasında əlaqənin öyrənilməsi zamanı aşağıdakıların nəzərə alınmasının vacib olduğu diqqətə çatdırılıb:
-Koronavirus birbaşa və dolayı yolla ürək-damar sisteminə təsir göstərərək ürəyin diffuz zədələnməsinə və ürək-damar ağırlaşmalarının yaranmasına səbəb ola bilər.
-Koronavirus xəstələrdə əvvəldən mövcud olan ürək-damar xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.
-Koronavirus xəstəliyində tətbiq olunan bir sıra dərman preparatları ürək-damar sistemi tərəfindən yanaşı effektlər yarada bilər.
T.Musayeva bildirib ki, bundan başqa, koronavirus infeksiyası zamanı qarşıya çıxan problemlərdən biri də ürək-damar sistemi xəstəlikləri olan pasiyentlərin yoluxmaqdan çəkindikləri üçün hətta xəstəliklərinin kəskinləşdiyi ən ağır hallarda belə, Həkimə müraciət etməməsidir: "Qeyd etdiyimiz bu səbəblər pandemiya zamanı ürək-damar ağırlaşmalarının və ölüm hallarının artmasına gətirib çıxarır. Ürək-damar sisteminin zədələnməsinə hospitalizə olunmuş xəstələrin 20-30 faizində rast gəlinir. Bu, xəstəliyin bədxassəli gedişi ilə əlaqədardır və 40 faiz hallarda ağciyər və ya poliorqan çatışmazlığından ölüm baş verir".
Onun sözlərinə görə, ürək-damar xəstəlikləri olan və həmçinin risk qrupuna aid olan şəxslər (kişilər, yaşlı şəxslər, həmçinin şəkərli diabeti, arterial hipertenziyası, piylənməsi olan şəxslər və s.) COVID-19-a yoluxma səviyyəsinin yüksək olması ilə səciyyələnir. Koronar xəstəliyi, ürək çatışmazlığı və aritmiyası olan xəstələrdə xəstəliyin gedişi boyunca ölüm riski yüksəlmiş olur: "Koronavirus infeksiyasının ürək-damar sistemi ilə patofizioloji əlaqələrinin öyrənilməsində renin-angiotenzin sistemi haqqında məlumatların təhlili vacib əhəmiyyət kəsb edir. Virus AÇF2 reseptorları vasitəsilə hüceyrəyə daxil olur və onu zədələyir. Bu reseptorlar əsasən ağciyərlərdə, ürəkdə, böyrəklərdə mövcuddur. SARS-CoV-1 tərəfindən törədilən epidemiyalar zamanı aparılmış elmi-tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, infeksiya AÇF2-nin supressiyasını yaradır, bu da miokardın disfunksiyasına səbəb olmaqla onun yığılma funksiyasını pozur. Bu halda Angiotenzin 2 artır və endotelial disfunksiya ilə birgə miokardın zədələnməsinə gətirib çıxarır (uyğun olaraq SARS-CoV-2-də)".
Həkim bildirib ki, endoteldə baş verən dəyişikliklərin öyrənilməsi SARS-CoV-2 infeksiyasının patofiziologiyasında vacib rol oynayır: "Virus AÇF-2 vasitəsilə orqanizmə nüfuz edərək endotelial hüceyrələrə keçir və onlarda apoptoz yaradır. Damar endoteli parakrin, endokrin və autokrin aktivliyə malikdir və damar homeostazına cavabdehdir. COVID-19-a yoluxmuş şəxslərdə histoloji müayinələr ağciyərin, ürəyin, böyrəklərin, qaraciyərin və digər orqanların damar şəbəkəsində ocaqlı nekrozla müşayiət olunan endotelitin yaranmasını sübut edib".
Onun sözlərinə görə, koronavirus infeksiyası, həmçinin qanın laxtalanma amillərinə təsir göstərərək tromboembolik ağırlaşmaların yaranmasına səbəb ola bilər: "Xəstəliyin ilkin mərhələsində virus ağciyər parenximasına daxil olur və replikasiya olunur ki, bu da xəstəliyin başlanğıc simptomları - bədən hərarətinin yüksəlməsi, quru öskürək, əzələ ağrıları, ishal və s. ilə müşayiət olunur. Bu mərhələnin gedişi boyunca pasiyentlərdə protrombin vaxtının uzanması, D-dimerin konsentrasiyasının artması, LDH-ın yüksəlmiş aktivliyi, limfopeniya müəyyən olunur. Əksər pasiyentlərdə proses bu mərhələ ilə bitir. II mərhələdə ağciyər fazasında təngnəfəslik və qazlar mübadiləsinin pozulması baş verir ki, bu da ağciyərlərdə patoloji rentgen şəklinin yaranması ilə müşayiət olunur. Xəstəliyin bu fazasında iltihabi reaksiya güclənir və endotelial disfunksiyaya səbəb olur ki, bu da ağciyər toxumasının zədələnməsinə, hipoksiyaya və ürək-damar sisteminin II-li yüklənməsinə gətirib çıxarır.
Xəstəliyin III mərhələsi kəskin respirator distress-sindromun, sistem iltihabi cavab sindromunun, şok və poliorqan çatışmazlığının inkişaf etməsi ilə nəticələnən güclənmiş iltihabi reaksiyanın baş verməsi ilə səciyyələnir. Aktivləşmiş iltihabi proses sitokinlərin artmasına və sistem pozğunluqlara səbəb olur. Sonuncu mərhələdə qan zərdabında interleykinlərin, CRP, Prokalsitonin, LDH, D-Dimer və ferritinin səviyyəsi yüksəlir. Qeyd olunan halların yaranmaması üçün pandemiya zamanı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş qaydalara riayət etməyimiz vacibdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 02 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy makiyaji sekilleri kosmetika mehsullari kosmetik vasiteler alin yazisi xanim qafarova dirnaqlar ucun maska bürclər gündəlik düzgün qidalanma kosmetika novruz bayramı mekteb novruz hakistasi kəlamlar vetene aid atalar sozu