Koronavirus boşanmaların sayını artıracaq – Tanınmış vəkillərdən XƏBƏRDARLIQ
Sosial ekspert və hüquqşunaslar koronavirus pandemiyasının ailə dağılmaları və boşanmaların sayının ciddi artıracağı barədə proqnozlar verir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Çin hüquq müdafiəçiləri də bildirir.
Məşhurların boşanma işində vəkil olması ilə gündəmə gələn Fiona Şeklton deyir ki, məcburi karantin və evə qapanma minlərlə evli cütlük üçün gözlənilməz stresdir və bu özünütəcrid hətta aralarında stabil münasibət olan ər-arvadın da səbrini daşıracaq.
Lakin soyuq münasibətdə olan, boşanmağa hazırlaşan və ya artıq münasibətlərdə dərin uçurum olan cütlükləri pandemiya rəsmi boşanmaya bir az da təhrik edəcək.
Xüsusən yeni evlilər və azyaşlı körpələri olan ailələrdə problem fatal səviyyədə ola bilər.
Şeklton bildirir ki, artıq ona və yaxın kolleqalarına "koronavirus və karantin bitsin, boşanma işlərinə başlayaq" deyə yüzlərlə yaxın və yad insanlardan təkliflər gəlir.
Statistik rəqəmlərə baxsaq, epidemiyanın mərkəzi olan Çinin Daçjou əyalətində nikahın qeydə alınması idarəsinə 300 cütlük boşanma üçün müraciət edib və bu həmin əyalət tarixində rekord rəqəmdir.
Bir çox bürolarda isə aprelin sonuna kimi boşanma növbələri yazılıb.
Koronavirusun gətirəcəyi iqtisadi böhran da ailələrin sütununu laxladıb, bir çox kişiləri ailə məsuliyyətindən qaçmağa vadar edəcək. Bu virus pandemiyası həm də ailə institutlarında daha çox uşaq və qadınların çətin vəziyyətə düşməsinə səbəb olacaq.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?