Koronavirus daim bizimlə olacaq, yalnız bu vərdişlərlə ona qalib gəlmək mümkündür - Professor
COVID-19 mövsümi xəstəlik ola bilər.
Milli.Az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Döş Qəfəsi Xəstəlikləri mütəxəssisi Tevfik Özlü deyib.
Professor bildirib ki, koronavirus da qrip (H1N1) kimi mövsümi xəstəliyə çevrilə bilər: "Yayın gəlməsi ilə birlikdə xəstəliyin yox olması, payız-qış aylarında yenidən alovlanması ehtimalları var. Yəni "ikinci dalğa" dediyimiz qışda ortaya çıxıb yenidən 2021-ci ilin yayında yox olacaq bir dalğadır. Mən bu virusun kiçik dalğalanmalar formasında daim bizimlə olacağına inanıram. Hara qədər? Peyvəndi tapılana qədər. Və ya ciddi mutasiyaya uğrayıb xəstəlik gücünü itirməsinə qədər.
Tədbirlər görsək, virusa qalib gəlmiş olarıq. Sosial məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması həyat tərzinə, vərdişə çevrilməlidir". (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq