"Koronavirus deyildiyi qədər qorxulu deyil" - İnfeksionistdən açıqlama

"Koronavirus deyildiyi qədər qorxulu deyil" - İnfeksionistdən açıqlama"Koronavirus hava-damcı yolu ilə yoluxan kəskin resperator virusdur. Qriplə oxşar əlamətləri var, amma qrip deyil, sadəcə virusun bir növüdür. Düzgün müayinə aparılarsa, həyat üçün deyildiyi qədər təhlükəli deyil".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu infeksionist Azər Nağıyev deyib.
O bildirib ki, uşaqlarda infeksiyalara qarşı davamlılıq daha güclüdür:
"Belə infeksiyalar yaşlılar, sağlamlıq problemi olan insanlara daha tez təsir göstərir. Buna görə də koronavirus nəticəsində həyatını itirənlər arasında uşaqlara rast gəlinmir. Adətən uşaqlar belə infeksiyaları yüngül və fəsadsız keçirirlər".
İnfeksionistin sözlərinə görə, Azərbaycanda virus aşkarlanmasa da, əhali ehtiyatlı olmalıdır:
"Hər bir ölkəyə virus yayıla bilər. Nəzərə alaq ki, qonşu ölkələrdə bu virus var. Bu bir daha sübut etdi ki, heç bir ölkə virusdan sığortalanmayıb".
Azər Nağıyev bildirib ki, epidemiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir:
"Orqanizmi sağlam saxlamalıyıq. Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Hər bir insan təkcə özünü deyil, ətrafını da düşünüb, gigiyenik qaydalara əməl etməlidir. Eyni zamanda vaxtaşırı təmiz havaya çıxmaq lazımdır. Qapalı mühitdə profilaktik tədbirlər görülməlidir".
İnfeksionistin sözlərinə görə, virusun əşyalar vasitəsilə keçmə ehtimalı çox aşağıdır:
"37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır. Əgər, əşyanın üzəri qurudursa, açıqdırsa, virus qısa müddətdə məhv olur.
Virus insanlardan bir-birinə keçir".
Həkim qeyd edib ki, ölkəmizdə virusla bağlı profilaktik tədbirlər görülüb:
"İnsanlar özlərində şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Epidemiyanın yayılmasının qarşısını almaq və xəstəliyə yoluxanların müalicəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Hazırda İranda, Çində və digər ölkələrdə Azərbaycan vətəndaşları var ki, onlar geri, öz vətənlərinə qayıdırlar. Virus daşıyıcısı olmadıqları təqdirdə belə karantində saxlanılırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1868   Tarix: 28 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sade makiyaj sekilleri geyim və ayaqqabılar toy gecesi tanınmış qadın simalar çolkalı saç modelleri saclarin yigilmasi yemisan faydasi kosmetika statuslar novruz bayrami hakisda atalar sozu hakiwda veten haqqinda atalar sozu