Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?1346-cı ildə Orda xanı Canıbəyin qoşunları genuyalıların Krımdakı şəhəri olan Kafanı mühasirəyə almışdılar. Şəhərdə qəflətən epidemiya başladı. Xan qoşunlarına geri çəkilmə əmri verdi, amma gedərkən mancanaqlarla şəhərin qala divarlarının içinə kəsik əsgər başlarının atılmasını əmr etdi.
Həmin əsgərlər epidemiyadan ölmüşdülər.
Mühasirə bitəndən və ordalılar gedəndən sonra genuyalılar dəniz ticarətini bərpa etdilər və sonradan bəşər tarixinə "Qara ölüm" kimi düşəcək bəlanı Aralıq dənizi sahillərindəki ölkələrə daşıdılar. Həmin bubon taunundan Avropa ölklərində on milyonlarla insan öldü. Daha dəqiq olsaq, böyük şəhərlərdə hər 4 nəfərdən üçü, ölkələrdə isə hər 3 nəfərdən biri taunun qurbanı olaraq keçindi.
COVİD-19 koronavirusu barədə müfəssəl, geniş yazmaq niyyətim yoxdur.
Orta əsrlərdə Avropanı ölüm və məhv astanasına aparmış bubon taunu barədə geniş bəhs etməyəcəyəm.
Həmin taunun və sonradan təkrarlanan epidemiyaların Avropanı birdəfəlik necə dəyişdiyindən yazmaq istərdim.
İqtisadi sonuclar ən üzdə olanlardır. Orta əsrlərdə Avropada ən böyük varidat torpaqdı. Həmişə çatışmırdı, feodallar torpaqdan yemlənirdilər. Torpaq əvvəlki qədərdi - amma işçi qüvə çatışmırdı. Bəzi məkanlarda kəndlilərin sayı yetərincə olsa da, şəhərlər boşalmışdılar. Nə məhsulu satmaq üçün bazarlar vardı, nə kəndlilər üçün əkin-biçin alətləri, nə də feodal üçün zinət əşyaları.
Bu səbəbdən ilk dəyişilik ödənişlərin və maaşların artımı oldu. Mahiyyət etibarilə Avropada natural təsərrüfatdan əsl bazar təsərrüfatına keçid məhz taunun nəticələrindən biri idi.
Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?Şəhər sakini daha çox qazanmağa başladısa, deməli, daha çox xərcləmək imkanı əldə etdi. Beləcə, şəhərlərdə yeni, burjua mədəniyyəti formalaşmağa başladı. Burjualar baronlardan və prelatlardan asılılıqdan qurtulmağa, siyasi hüquqlar və haqlar uğrunda mübarizəyə qədəm qoydular. Onlar mövcud adətləri, qaydaları və qanunları, əsası isə həyat tərzini şübhə altına aldılar.
Və onda avropalılar anladılar ki, insanların dua edənlərə (din xadimləri), savaşanlara (zadəganlar) və çalışanlara (yerdə qalan hər kəs) bölünməsi prinsipi düz deyil. Sən demə, bütün insanlar eyni dərəcədə ödümcüldür və qəflətən ölürlər. Belədirsə, hüquqlarla məsuliyyəti yenidən paylaşmaq nədən olmasın?!
Elm inkişaf etməyə başladı - xüsusilə də təbabət. O dönəmlərədək həkimlər əmindilər ki, qədim yunan və Roma modellərinə görə, insanda xəstəlik ilk əvvəl 4 həyati önəmli yaşam şirələrinin (qan, limfalar, sarı və qara (olmayan) öd) pozulmasından yaranır. Bunlar daxili səbəblər sayılırdı. Xarici səbəblər isə cadugərlik, torpaqdan qalxan zəhərli buxarlar və havadakı təhlükəli miazmlar bilinirdi.
Amma taun yayılandan və insanları oraq kimi biçəndən sonra həkimlərlə dərman satanlar çox dəyərli müşahidələr əldə etdilər, düşünməyə və təhlillərə başladılar. Məsələn, məlum oldu ki, qəbirqazanlar tauna daha az yoluxur. Beləcə, insan orqanizmində immunitetin necə olmasının anlayışına doğru ilk addım atıldı.
Gigiyena qaydalanının tətbiqi ilə bağlı ilk cəhdlər də elə onda oldu.
Anlaşıldı ki, kilsədəki ayinlər, dualar və ibadətlər xəstəliyin yayılmasının qarşısını almır?
Avropalılar düşünməyə başladılar: bəlkə iş ibadətdə yetərincə inanclı olmamaqdadır? Bəlkə keşişlərin özləri günah işləmiş insanlardır? Bəlkə kilsə günahlarda, tamahkarlıqda və dünya malına aşiqlikdə itib-bataraq Tanrının buyruqlarını unudub?
Reformasiyaya hələ əsr yarım vardı və dəyişikliklər üçün ilk əvvəl kitab çapı gərəkdi. Amma Avropanın müxtəlif yerlərində Bibliyanın fərdi anlamına və təhlilinə əsaslanan "alternativ xristianlıq" versiyaları formalaşmağa başladı.
Kilsə və dünyəvi hakimiyyət bütün bunlara qaydaların sərtləşdirilməsi, vergilərin artırılması və karantin tətbiqi ilə cavab verdi.
Yeri gəlmişkən, karantin italyan dilində "quarantena", yəni "qırxgünlük" sözündən yaranaraq "Böyük Pəhriz orucu" mənasını verirdi. Fəqət, onlar sadə insanların həyatlarına artıq əvvəlki təki nəzarət edə bilmirdilər.
Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?Axı əvvəllər hər şey sadə idi: dəmirçi ailəsində doğulan oğulsansa, elə həmin dəmirçixanada dəmirçi kimi öləcəksən. Həyatın atanın, babanın və ulu babanın yaşamının təkrarı olacaq. Çox günah işləməsən, həyatın nisbətən uzun, tox və bəxtəvər təsir bağışlayacaq.
Taundan sonra hər şey dəyişdi. Kimi taundan qaçaraq evinin qapılarını bağlayır, kimi yeni işə başlayır, kimi də əvvəlki işə görə daha çox pul tələb edirdi.
Nədir bu? İnsan taleyini özü müəyyənləşdirir?! Yəni belə ola bilər ki?!
O dönəmlərin kilsə rəngkarlığında sevimli, populyar süjet belə idi: "Ölüm rəqsi", bütün tabanlardan olan insanların skeletləri yallı gedirlər.
Bu taunun, yoxsa insanlığın triufmu idi?
Bəşər övladı dərk etdi ki, həyat o qədər zərif və dəyərlidir ki, sona çatmamış onu dəyərləndirmək gərəkdir. İstənilən həyatı, hər insanın ömrünü, bütün fərqliliyi və müxtəlifliyi ilə.
... "Qara ölüm" dönəmlərində İtaliyanın Florensiya şəhərinin on yeniyetmə sakini ucqardakı villalardan birinə qapanmışdılar. Bokaççonun öz "Dekameron"nunda bəhs etdiyi kimi olmuşdu o hadisə, yoxsa yox - dəqiq bilmirik.
Amma bilirik ki, məhz o vaxtda insanların öyrəşdikləri sistemlər, adi dünya çökürdü, xaosa dönürdü. O villadakı yeniyetmələr isə bir-birlərinə əhvalatlar danışırdılar. Taun zamanında...
Uzun müddət "Dekameron"dakı yeniyetmələr tərbiyəsiz sayılıblar. Belə deyil. O gənclər xaosdan, viranəlikdən kosmos yaradırdılar - sadəcə, öz kainatlarını, şəhər magistratları, hersoqların və yepiskopların əmrləri əsasında yox, özləri dürüst bildikləri kimi. Yəni eynən indi sosial şəbəkələrdə olduğu kimi.
Günün mövzusunu və müzakirələrin formatını verir, mahiyyət etibarilə yaşamları üçün qaydaları özləri yazır, sonra da o qaydaları uğurla gerçəkləşdirirlər.
Pozuntuya görə cəza alacaqlarına görə yox, belə yaşam onlar üçün rahat və yaxşı olduğu üçün.
Taunla bağlı əhvalatlar və rəvayətlər əsl insan barədədir. Əsl insanın hissləri, nifrəti və sevgisi barədə, olduğu kimi. Kəndli, keşiş, şəhər sakini, zadəgan - kimliyindən bilaixtiyar adi yaşam eşqi ilə yaşayan adamlar barədə.
Belə əhvalatları taundan əvvəl də danışardılar, amma "günah"ları göstərmək və möminlərə görk olsun deyə.
Taundan sonra isə unikal ssenarilər, xarakterlər, situasiyalar yürüşü başlandı.
Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?İnsanın olduğu kimi yaşamına, özünə maraq - bu dönüşü sonralar İntibah, Renessans adlandıracaqdılar.
Tauna qədər İntibah İtaliyanın şimalındakı şəhərlərin fərqli yönü idisə, "Qara ölüm"dən sonra bütün Avropa üçün qaçılmaz düşüncə tərzinə çevrildi.
İş heç də Bokkaçço kimi əntiqlik aşiqlərinin varlığında yox, orta əsrlərin çərçivələrinin elə həmin əsrlərin adamları üçün dar olmasında idi.
Onlar dəyişməyə başladılar.
Bu dəyişikliklər qaçılmaz idi, yoxsa onlara pandemiya səbəb oldu? Təbii, avropalıları dəyişməyə, sadəcə, pandemiya yetməzdi.
Qızıl Ordada, ərəb xilafətində də, Şərqdə də pandemiyalar olsa da, Renessans yaşanmadı. Bəlkə antik dövr olmamışdı, ona görə?
Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?COVİD-19 pandemiyası ilə istənilən müqayisə və paralellər, təbii ki, həddən ziyadə səthi olacaq.
Amma bir məqamı əminliklə demək olar: koronavirus pandemiyası başa çatandan sonra dünya dəyişəcək, başqa olacaq.
Necə olacaq - kimsə anlamır və bilmir...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1491   Tarix: 09 aprel 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim necə seçməli yaz geyimleri 2026 geyim şəkilləri qadin tumani hakista xina yaxdi qanda viruslar limon maskasi kosmetika cantalar novruz bayrami hakisda novruz bayramı atalar sozleri cekc pornuxa