Koronavirus əlamətləri hiss edirsinizsə, bunları edin

Koronavirus əlamətləri hiss edirsinizsə, bunları edinƏgər bir şəxs özündə və ya ailənin bir üzvündə yeni COVID əlamətlərindən birini hiss edərsə, yoluxmasına şübhələnərsə, iş yerində və ya ünsiyyətdə olduğu insanlardan kimdəsə virus aşkarlanarsa, dərhal özünü evdə təcrid etməlidir və aşağıdakı tədbirləri görməlidir.
Milli.Az xəbər verir ki, medicina.az vəziyyətə uyğun davranış və yardım bəndlərini tərtib edib.
• Dərhal, gözləmədən və gün itirnədən 103 və 1542(TƏBİB) qaynar xətlərinə (yaxşı olar ki, şəhər telefonu ilə zəng edəsiz, uzun növbələr var) zəng edib, virus əlamətləri keçirdiyini bildirib, test tələb edirsiz. Özünüzü növbəyə yazdırın və gün ərzində təcili yardıma dəfələrlə zəng edib, özünüzü xatırladın. Zaman itkisinə yol verməyin.
Təcili yardım gecəyarı da test üçün gələ bilər. Əgər qeydiyyatda olduğunuz ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilirsizsə, ora da məlumat verin.
• Daha sonra qeydiyyatınız üzrə poliklinikaya zəng edib, sizin yaşayış yeri üzrə sahə həkimi və terapevti tapın, məlumat verib, ilkin tibbi müdaxilə və müalicə sxemi istəyin. Sizi qeydə alsın və nəzarətdə saxlasın.
• Təcili yardım gələnə kimi özəl klinikalardan birinə (ikiqat maska, əlcək taxmaq və tək getmək şərtilə) gedib, ilk rentgen etdirin. Hər ehtimala qarşı ümumi qan, qanda C reaktiv zülal analizi verdirin.
. Əgər rentgen nəticəsində pnevmoniya aşkarlanarsa, yubatmadan KT müayinədən keçib, sonra evə qayıdın.
Xəstəxanaya gedib gələrkən ictimai nəqliyyatdan istifadə etməyin.
KT və rentgen cavablarınızı ailə içindən olmayan biri götürüb, öncədən danışdığınız pulmonoloqa apararaq (özəl klinikada da olar) ödənişli də olsa, göstərib, müvafiq müalicəni yazdırmaq və o reseptə uyğun müalicəyə başlamaq lazımdır.
• Təcili yardım gəlmədikdə onlara zəng edib, testin nə vaxt olacağını soruşun, tezləşdirin. Eləcə də Təbib və bütün digər qaynar xətlərə yenidən zəng edin
• Ailə içində yaşlı, xroniki xəstəliyi olan nənə-baba, ana-ata varsa və ayrı bir bağ evi, qeydiyyatda olduqları rayon evi olarsa, onları ora göndərib, izolə edə bilərsiz.
• Evin içində dəsmal, sabun, qab, stəkan, əşyalar, yataq, otaq ayırın. Otağınız daim havalı olmalıdır, pəncərələri açıq saxlayın.
• Siz və ailə üzvlərinizdən heç kim market, aptek, poçt, banka getməməli, qonşu və qohumlarla ünsiyyəti dayandırmalıdır.
• Ərzaq və ya dərmanlarınızı almağı qonşulardan xahiş edə bilərsiz. Onlar zənbili qapıya qoyub gedə bilər. Dərmanları onlayn sifariş edin. Kuryerə 1 metrdən çox yaxınlaşmayın
• Test götürülənə və cavab çıxana qədər vəziyyətinizə uyğun bu spesifik müalicəni edə bilərsiz:
- Qızdırma varsa, Parasetamol - gündə 2 dəfə
- Gecə yatmazdan əvvəl Nimesil - iltihab əleyhinə
- Bol ət bulyonu (sadə), meyvə suları, kompot, limonlu zəncəfilli çay, bitki çayı, dəmləməsi və s. Içmək
- Çox uzanmamaq, idman, tənəffüs gimnastikası etmək. Gecələr çıxıb hava ala, gəzə bilərsiz.
- Gündə 5 dəfə hərarəti və təzyiqi ölçüb qeyd etmək (yazın)
- Sakitləşmək üçün valerian və ya digər əsəb sakitləşdirici dərman için
- Virusa qarşı immun dəstəkləyici Arbidol (tapılsa), olmasa Ergeferon. Gündə 2 tablet- dil altında sovurmaqla
- Polilinikadan tibb bacısı çağıra bilirsizsə (o xüsusi geyimdə olmalıdır), gündə 1 dəfə sistem: Vitamin C yüksək doza, dimedrol, ringer məhlulunda. Yoxdursa, ailədən kimsə əzələ daxili Vitamin C inyeksiyası etsin.
- Sink preparatı - immunitet üçün
- İtburnu dəmləməsi - su əvəzi için
- Burunu və boğazı qarqara etmək, yumaq gündə 5 dəfə - duzlu su. sodalı su. natri xlor
- Apteklərdən Tamiflyu adlı preparat tapa və əldə edə bilsəz, qəbul edə bilərsiz - bu dərman donuz qripi dövründə müalicə üçün təyin olunurdu
- Pnevmoniya varsa, antibiotik mütləqdir. Onu da ya sahə həkiminiz, ya da özəl olaraq müraciət etdiyiniz həkim pulmonoloq yazacaq. Amma daha çox Azitromisin 500 dozalı antibiotik istifadə olunur.
- Ağciyərlərdə bəlğəm və alveolların dolması varsa, ACC toz halında dərmanı içə bilərsiz, o bəlğəmin yumşalmasını təmin edir.
- Boğulma, nəfəs darlığı. 3-5 gün ərzində yüksək hərarət, göyərmə, yataqdan qalxa bilməmək kimi ağırlaşma zamanı dərhal təcili yardımı çağırıb hospitəlizə olunmalı. Xəstəxanaya getməkdən qorxmayın, əksinə bunu tələb edin
Əlavə qeydlər:
- Testin gec götürüldüyü məlumdur, 103 götürdüyü testin cavabı 3-4 günə çıxa bilər. Əgər maddi imkanınız varsa, özünüzə görə narahatsızsa və hər şeyin tez həll olmasını istəyirsizsə, özəl laboratoriyalarda yaxma testi verdirib, 24 saata cavabı ala bilərsiz
- İmkan varsa, inhalyasiya aparatı alıb, təlimatına uyğun ağciyər problemlərində evdə istifadə edin, o zaman boğulma və nəfəs tıxanması azalacaq
Eləcə də imkan varsa elektron termometr, tonometr (təzyiq ölçən aparat), eləcə də imkan varsa, apteklərdə satılan Pulse Oximeter adlı mini cihazı ala bilərsiz.
Bu cihaz qanda oksigenin miqdarını göstəririr. Normal fəaliyyət göstərən ağciyərlərdə bu göstərici 95-100 olur.
Bütün bunlar hər bir xəstə üçün lazımi kiçik cihazlardır, hansı ki, hər kəs üçün əlçatandır.
Çalışın sağlam qalın, sağ qalın!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1465   Tarix: 22 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim necə seçməli qadin dunyasi kosmetoloq milli geyimlər seks prosesi gözəllik sirləri varikozun mualicesi kosmetika intim anabaci seksual uzeyir hacibeyli tut ağacı tutdudu