Koronavirus niyə artır?

Koronavirus niyə artır?"Karantin rejimi ilə bağlı yumşaldılmaya gedəndən sonra yoluxmanın sayının artması gözlənilən idi, biz bu rəqəmləri gözləyirdik".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi qrupunun rəhbəri Vasif Əliyev Xəzər TV-yə müsahibəsində deyib. V.Əliyevin sözlərinə görə, insanlara sosial məsafənin, maskadan istifadənin və şəxsi gigiyeniya qaydalarına əməl etməyin zəruriliyi bildirilib. Ancaq buna baxmayaraq yenə də yoluxma hallarının sayında artma var:
"Qaydalara əməl edən vətandaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər. Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. İnsaların xəstəliyi gizlətməsi və digər şəxslərlə təması yoluxma sayının artmasına səbəb olur".
​TƏBİB rəsmisi qeyd edib ki, Azərbaycanda yetəri sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də "Yeni Klinika" istifadəyə verildi:
"Ancaq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik. Əgər gələcəkdə yoluxma sayı kəskin artarsa, dövlət xəstaxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1473   Tarix: 16 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

maskalar gözəllik məhsulları sac duzumleri qadin.net bilinçik resepti gənc qalmağın sirləri qadin dunyasi kulinariya kosmetika layla laylalar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır oyunlar qogal