Koronavirus niyə məhv olmur?  – Türkiyəli professor səbəbləri AÇIQLADI

Koronavirus niyə məhv olmur?  – Türkiyəli professor səbəbləri AÇIQLADIKoronavirus dünyada, o cümlədən də ölkəmizdə yayılmaqda davam edir. Bu infeksiya hələ də tam nəzarət altına alınmayıb. Cəmiyyətdə koronavirusun yay aylarında daha az risk yaradacağına inam var. Ancaq, Covid-19 digər hava-damcı viruslarından fərqli xüsusiyyətlərə sahib olduğu üçün yoluxma riski isti havalarda da davam edir.
Publika.az-ın məlumatına görə, yay aylarında da pandemiyaya qarşı gördüyümüz bütün qoruma tədbirlərini davam etdirməyimizin vacib olduğunu söyləyən yoluxucu xəstəliklər və kliniki mikrobiologiya mütəxəssisi professor İftahar Köksal, yay mövsümündə diqqətli olmağımız lazım olan 8 səhv vərdişi açıqlayıb, mühüm təkliflər və xəbərdarlıqlar edib:
1. Maska istifadə etməmək
Maska ​​istifadə etməməyiniz virusa yoluxma və onun yayılması riskini artırır. Xüsusilə, masanın ətrafında söhbət edərkən və ya qapalı məkanlarda olduğunuz zaman, maska ​​taxmamaq və sosial məsafəyə əhəmiyyət verməmək riski daha da artır. İsti havalarda maska taxmaq çətin olsa da, öz həyatınız və digərlərinin sağlamlığı üçün bunu edin.
2. Maskanı dəyişməmək
Virusun ötürülmə riskini artıran və sağlamlığımıza təhlükə yaradan amillərdən biri maskanın səhv istifadə edilməsidir. Professor İftahar Köksal bildirib ki, isti hava səbəbindən nəmlənmiş maska ​​yay mövsümündə mütləq dəyişdirilməlidir: "Çünki nəmli bir maskadan ​​istifadə bakteriyaların daha asan böyüməsinə səbəb olacaq. Dermatit başda olmaqla, ciddi dəri infeksiyalarına yol aça bilər. Ayrıca, istifadə edilən maska ​​heç vaxt ətrafa atılmamalıdır və tibbi tullantı qablarına qoyulmalıdır"
3. 8 metr ara məsafəsinə əməl etməmək
"İnsanlar açıq havada gəzirsə və ya idman edirsə, ətrafında heç kəs olmadığı halda maska taxmamalıdır", deyən professor, idman edərkən diqqətli olmalı olduğumuz vacib qaydanı da izah edib: "İnsanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır. Açıq havada gəzərkən bu məsafə artırılmalıdır. Çünki, açıq avada gəzinti və ya qaçış zamanı külək virusu yaya bilər. İnsanlar bu zaman asqıra və ya öskürə bilərlər. Bu, ağızdan çıxan kiçik su damcılarını 8 metr məsafəyə qədər yayılmasına səbəb olur. Buna görə də sosial məsafəyə diqqət yetirmək çox vacibdir".
4. Əlcəkdən düzgün istifadə etməmək
Cəmiyyətdəki populyar inancın əksinə, əlcəklər virusdan qorumaqdan daha çox yoluxdurma ehtimalı daha yüksəkdir. Əgər o tez-tez dəyişdirilməzsə, əllərin səthlərlə həddindən artıq təmasına səbəb ola bilər. Bunun nəticəsində də virus toxunan səthlərə ötürülür. Ayrıca, əllər tərlədikcə əlcəyin içi islanır. Professor, belə olduğu halda, bakteriya və göbələklərin aktivləşəcəyini deyir: "Əlcəklər digər fəsillərdə olduğu kimi, yayda istifadə olunmamalıdır. Əllər su və sabunla yuyulmalı, əl təmizləyicisi və spirtlə dezinfeksiya edilməlidir. Ehtiyac olmadığı halda, əlləri ətrafda olan əşyalara vurmamalı və hər kəsin olduğu ictimai yerlərdə müxtəlif səthhlərə toxundurmamalıdırlar".
5. Saç uzatmaq və saqqal saxlamaq
Saç və ya saqqal COVID-19-un ötürülməsinə birbaşa təsir göstərməsə də, daha çox tərləməyə səbəb olduğu üçün, əllərin üz və boyun bölgəsinə toxunma riskini artırır. İftahar Köksal bildirib ki, bu səbəbdən kişilərə saqqal saxlamaq tövsiyə olunmur: "Xüsusilə yay mövsümündə qadınlar da saçlarını açıq saxlamamalı və yığmalıdırlar. Əl dezinfeksiyasına diqqət etmək və yoluxma riski olduğu üçün bərbərxanaya və gözəllik salonlarıan tez-tez getməmək pandemiya dövründə çox vacibdir."
6. Çoxlu su içməmək
İftahar Köksal qeyd edib ki, kifayət qədər su istehlak etmək, koronavirusun bədənimizdəki selikli qişalar vasitəsilə hüceyrələrə daxil olmasını çətinləşdirir. Su həm də maddələr mübadiləsini sürətləndirir. Buna görə də yayda 2 litr su içmək tövsiyə olunur: "Özünüzlə harasa gedəndə mümkün qədər su aparın. Mağazadan satın aldığınız su şüşəsinin ağzına başqası toxunubsa, virus damcılarının qapağı açarkən əlinizə və ya içərkən ağzınıza daxil olamsı riski var. Su alarkən, əlinizi və şüşənin ağzını dezinfeksiya etməyinizə əmin olun".
7. İzdihamlı yerlərdə istirahət etmək
Yay aylarında çoxumuzun düşündüyü ilk şey tətildir. Bununla birlikdə, koronavirusdan qorunmaq üçün açıq havada tətil keçirmək, təbiətdə istirahət etmək daha məqsədəuyğundur. Əgər belə imkan yoxdursa, bu planınızı müvəqqəti ertəliyə, başqa bir vaxta keçirə bilərsiniz. Bu sizin sağlamlığınız üçün vacibdir.
8. Tez-tez duş qəbul etməmək
Yayda sərinləmək və şəxsi gigiyenanı təmin etmək üçün tez-tez duş qəbul etmək çox vacibdir. Axşam saatlarında saçınızı və bədəninizi yuyumaq da virusun vücudunuza daxil olmaq riskindən qorunmanın vacib bir metodudur. Duş zamanı gigiyenik sabun və ya şampun effektliliyi kifayət qədər təmin edəcəkdir.
Akqabay

Sağlamlıq     Baxılıb: 1716   Tarix: 16 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

toy makiyajlari geyim və ayaqqabılar qadin sayti elme aid atalar sozleri roya ayxan səyahət gavali haqqinda kosmetika irem derici cinsi aybawi atalar sözü dieta