Koronavirus tapılan şəxslə təmasda olan hər kəs nəzarətə götürüldü - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə birgə məlumatı yayıb.
Milli.Az-a daxil olan məlumatda bildirilir ki, fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqda məlumatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar.
Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilmiş və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.
Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.
Milli.Az /news.milli.az









Şampun saç tökülməsinə səbəb ola bilər?
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Albalının xərçənglə mübarizədə rolu
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Hasan Can Kaya nişanlandı
Ayaq və əllərdə göbələk varsa, belə edin
Çinlilər oyanandan sonra bunu edirlər
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu