Koronavirus xəbərləri insanı infakt, insult həddinə çatdırıb, öldürə bilər – "Noçebo effekti" nədir?

Koronavirus xəbərləri insanı infakt, insult həddinə çatdırıb, öldürə bilər – "Noçebo effekti" nədir?Əgər bir insanı hər şeyin pis olduğunu və başına pis hadisə və ya bədbəxtlik gələcəyini dçox düşünərsə və ya kənardan ona bu informasiya aşılanarsa, o zaman həqiqətən qorxduğu başına gələ bilər. Buna elmdə "Naçebo effekti" deyilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, pandemiya dövründə qorxulu görüntülü videolar, xəstələr və ölüm statistikası, koronavirus haqqında bədbin informasiya, insanları özünü qorumaları barədə gündəlik təbliğatlar və bu güclü informasiya axını insanları ruhən və fiziki xəstələndirə bilər.
Çox insan gözlədiyini yaşayacaq, hətta bu koronavirus səbəbindən olmasa belə. Məlumdur ki, tibdə Plaçebo effekti var, bir xəstəyə adi su və ya başağrısı dərmanı verib, bunu onu sağaldacağını dedikdə və onu inandırdıqda, xəstə sağalmağa başlayır. Bİr çox dərmanların plaçebo effekti bununla izah edilir. Sarımsağın bizi viruslardan qoruduğuna olan inam kimi.
Oksford Universiteti8nin plaçebo effekti üzrə məşhur alimi Cerem Houik və tibbi antropoloq Culio Onqaro yeni elmi məqalələrində bu məsələyə toxunublar. Düzdür hazırda koronavirus pandemiyası ilə bağlı indi naçebo effekti ilə əlaqədar yayılmış faktlar yoxdur, çünki insanlar hələ koronavirusdan qorunur, həkimə, xəstəxanaya müraciət etməyə çəkinir. Amma bu effektin olacağı qaçılmazdır.
Alimlər bununla bağlı bir faktı misal çəkiblər.
2010-cu ildə Avstraliyada vetrogeneratorların, yəni küləkdən alınan enerjini hasil edən avadanlıqların qurulmasına etiraz edənlər guya bu generatorların insanın qulağına aşağıtezlikli dalğalar ötürüb, qulaqda küy, başgicəllənmə yaratması barədə informasiya yaymışdılar.
Məhz bu ərəfədə Səhiyyə nazirliyi xəstəxanalara çox sayda "vetroturbin sindromundan" əziyyət çəkənlərin, baş ağrısı, ürəkbulanma, ürək döyüntüsü şikayətləri ilə müraciət etdiyini qeydə aldı.
Aparılan müayinələr və eksperimentlər göstərdi ki, şikayətçilər heç bir vetroturbin təsirə mərus qalmayıb, sadəcə həmin regionda yaşadığı üçün qorxulu informasiyanın təsirindən özlərində bu simptomları stimulə ediblər.
Nəticədə mütəxəssislər elan etdilər ki, vetroturbin sindromu dezinformasiya və insanların buna inanması yaradıb.
Eləcə də 2018-ci ildə aparılmış daha bir elmi araşdırma sübut edib ki, qanda xolesterini salan statin dərmanların əks təsiri və ziyanına inanların çoxluq təşkil etdiyi ölkələrdə xəstələr həqiqətən bu dərmanları normal mənimsəyə bilmir və əks təsirlərlə üzləşir. Burda da onlayn informasiya, google-da çox axtarışlar öz rolunu oynayıb.
Dərmanların əks təsiri barədə informasiyanı bilməyən xəstələr həmin dərmanları daha asan həll edir və daha çox effekt görür.
Koronavirus əlamətləri barədə şişirdilmiş və çox informasiya nəticəsində şok ağır xəstələrdə ürək və tənəffüs sistemi xəstəliklərini kəskinləşdirib, onları hətta öldürə də bilər.
Ona görə də koronavirusdan müalicə alanlar içində ölüm halları daha çox bu xəstələr arasında olur.
Hər burun axması və asqırıqdan koronavirus olduğunu düşünüb təcili yardım çağıranlar və xəstəxanaya gedənlər də çoxdur. Bir çox ölkələrdə artıq xəstəxanaya gedərək müayinə olunan virusa yoluxma halları olub, halbuki onlar sakit evlərində qalsaydı, virusa yoluxmayacaqdılar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1802   Tarix: 05 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar