Koronavirus xəstələri əlil qala bilərmi? - Həkim xəstəliyin dəhşətli nəticələrindən necə qorunmaq lazım olduğunu söylədi

Koronavirus xəstələri əlil qala bilərmi? - Həkim xəstəliyin dəhşətli nəticələrindən necə qorunmaq lazım olduğunu söylədiKoronavirus xəstələri müvəffəqiyyətli terapiya kursundan keçir, xəstəlikdən tamamilə müalicə olunur və evə qayıdırlar, ancaq xəstəliyin bəzi nəticələri insan bədənində uzun müddət qala bilər.
Milli.Az xəbər verir ki, indi də tibbi forumlarda koronavirus xəstələrinin əlil qalma ehtimalı aktiv şəkildə müzakirə olunur. Arbat Tibb Mərkəzinin Piroqov tibb şöbəsində baş həkim müavini olan Anastasiya Samkova kp.ru-ya verdiyi müsahibəsində bu məsələyə aydınlıq gətirib. O, "Bu mümkündürmü və hansı şəraitdə xəstəlik belə nəticələnə bilər" suallarına ətraflı cavab verib.
"Çaxnaşma virusun bədənə sistemli ziyan vurması ilə bağlıdır. Yalnız ağciyərlərə deyil, ürək-damar sisteminə, əsas orqanlara: beyin, mədə, bağırsaq və böyrəklərə də zərər verir. Pnevmoniyadan sonra ağciyərdəki dəyişiklik uzun müddət davam edə bilər, çünki iltihabın nəticəsi fibrozdur", - tibb elmləri namizədi izah edib.
A.Samkova vaxtında və effektiv reabilitasiyanın vacibliyini qeyd edib, çünki düzgün yanaşma ilə xəstə klinik olaraq tam bərpa olunur:
"Ağciyərlərdən danışırıqsa, onda reabilitasiyanın məqsədi bu orqanların funksional həcmini artırmaq, tənəffüs əzələlərinin işini gücləndirməkdir. Koronavirus infeksiyasının təsiri nəticəsində meydana gələn lif dəyişikliklərini müalicə etmək ən çətinidir. Eyni zamanda düzgün yanaşma ilə bədənin uyğunlaşma imkanları insanın tam sağalmasına imkan verə bilər. Əsas odur ki, reabilitasiyanı gecikdirməyin, virusun müalicəsi başa çatdıqdan dərhal sonra başlayın və kursu ləngitməyin. Belə şəraitdə orqanizm üçün ciddi nəticələrin yaranma riski daha azdır".
Məlumat üçün bildirək ki, Amerikalı mütəxəssislər gələcəkdə yalnız ikiqat peyvəndin təsirli ola biləcəyi qənaətindədir. Alimlər hesab edir ki, vaksin istehsalçıları bir insanın koronavirusa tam immunitet yaratmaq üçün neçə doza peyvənd etməli olduğunu göstərməlidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1205   Tarix: 07 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar