Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi: "Xəstələri görüb dəhşətə gəlirəm" - MÜSAHİBƏ

Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi: "Xəstələri görüb dəhşətə gəlirəm" - MÜSAHİBƏMilli.Az koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımovun apasport.az saytına müsahibəsini təqdim edir.
- Koronavirusa yoluxduğunuzdan xəstəxanaya yerləşdirilmisiniz. Hazırda vəziyyətiniz necədir?
- İndi vəziyyətim normaldır, özümü pis hiss etmirəm.
- Virusa yoluxdunuzu necə bildiniz?
- Heç özüm də bilmirəm necə yoluxdum. İlk gündən "evdə qal" çağırışına əməl edən adamam. Yalnız axşam saat 9-dan sonra evin qarşısında 270 addımlıq məsafəni 5-6 dəfə dövr edirdim ki, ayaqlarım tutulmasın. Kimləsə nə təmasda olurdum, nə də söhbət edirdim. Özümə də çox maraqlıdır, dəhşətə gəlirəm ki, bu qədər qorunan adam necə olur ki, yoluxur.
- Ailənizdən, qohumlarınızda başqa yoluxan yoxdur?
- Evdə təkcə həyat yoldaşımla ikimiz qalırıq. Özümü pis hiss etdiyim vaxt zəng vurub həkim çağırdım. Hər ikimizdən test götürdülər. Həyat yoldaşımda testin nəticəsi mənfi çıxdı.
- Həkimlər durumunuzla bağlı nə deyirlər?
- Hazırda Neftçilər xəstəxanasındayam, bir neçə gündən sonra yenidən məndən test götürəcəklər. Əslində, məndə elə güclü simptomlar yoxdur. Yalnız temperaturum yüksək olur. Hərarətim 37-ni keçən kimi canıma darıxma düşür. Həkimlər sistem qoşurlar, hərarətim düşəndə özümü normal hiss edirəm.
- Yanınızda bu virusa yoluxan başqa xəstələr var?
- Bəli, bura xəstə ilə doludur. Onlara baxıb dəhşətə gəlirəm. Öskürəkləri dayanmır, boğulurlar. Məndə hələ belə hallar yaranmır.
- Futbol ictimaiyyətindən kimlər sizinlə əlaqə saxlayıb halınız soruşur?
- Bəli, tələbələrim, məşqçilər zəng vururlar. Rüstəm Rəhimov, Ağasəlim Mircavadov maraqlanır. Hətta Rüstəm müəllimdən xahiş elədim ki, maaşımı alıb evə çatdırsın.
- AFFA rəhbərliyindən zəng edən olub?
- AFFA-dan Nəriman adlı bir oğlan zəng vurub soruşmuşdu ki, sizə nəsə lazımdır? Burada mənə nə lazım olacaq ki? Sağ olsunlar, həkimlər çox yaxşı baxırlar, xəstələrin qulluğunda dururlar.
- Koronavirusa hələ də inanmayan, gigiyenik qaydalara əməl etməyən insanlar var. Onlara sözünüz nədir?
- Çox nahaq yerə inanmırlar. Mən hələ inanırdım, qaydalara əməl edirdim, buna baxmayaraq, xəstəliyə yenə də tutuldum. Burada insanların necə əziyyət çəkdiklərini görürəm.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1178   Tarix: 05 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim seçimi cinsi yaxinliq şirniyyatların hazırlanması ana südü pehriz salatlar kosmetika veten arxadan olmaq usaq seirleri qızlıq pərdəsi novruz