Koronavirusa yoluxmaların sayı artır - Kişilər daha böyük risk altındadır

Koronavirusa yoluxmaların sayı artır - Kişilər daha böyük risk altındadır2019-cu ildə ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və milyonlarla insanın ölümünə səbəb olan koronavirus yenidən Avropada qorxu yaratmağa başlayıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası hazırda Böyük Britaniyada yenidən vüsət alıb.
Rəsmi məlumatlara görə, FLiRT olaraq da bilinən Covid-19-un yeni variantının alt variantı olan KP.3 aprel ayında ortaya çıxıb. Son vaxtlar bu virusa yoluxma hallarının sayı sürətlə artır.
2024-cü ilin aprel ayına olan məlumata görə, FLiRT variantı ölkədəki bütün Covid-19 variantlarının 40 faizini təşkil edib, xəstəxanaya yerləşdirilmə nisbətləri isə 22 faizdən 24 faizə yüksəlib.
Digər tərəfdən İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi kişilərin qadınlara nisbətən bu xəstəliyə daha çox yoluxduğunu açıqlayıb.
İyunun 1-dən iyunun 19-dək bu virusa yoluxan qadınların sayı hər 100 000 nəfərə 3,63, kişilər üçün isə 3,88 olaraq qeyd edilib. İyunun 17-dək bu rəqəm hər 100 min nəfərə 4,4-ə çatıb.
İngiltərə mətbuatına danışan Leeds Universitetinin professoru Stiven Qriffin "Yeni Covid-19 dalğasının yarandığını" bildirib.
"İndiki vaksinlərin yayılan viruslara təsiri qeyri-müəyyəndir", - deyə o qeyd edib.
Səlahiyyətlilər yeni Covid-19-un simptomlarını aşağıdakı kimi sıralayırlar:
- Yüksək hərarət və titrəmə
- Uzun müddət davam edən öskürək
- Dad və qoxu itkisi
- Nəfəs darlığı
- Yorğunluq
- Bədən ağrısı
- Baş ağrısı
- Boğaz ağrısı
- Burun tutulması və ya burun axması
- İştahsızlıq
- İshal
- Ürəkbulanma
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1095   Tarix: 26 iyun 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

turlar.az

gelinlikler geymler 2026 sac duzumleri spermanin qadina faydasi cinsi infeksiyalar biskvitli tort resepti erroziya nədir kosmetika sanama seksler qardasa aid haxistalar pehriz prostat