Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADI

Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADITürkiyəli infeksionist, məşhur professor Oğuz Karabay koronavirusdan qorunmaq üçün əlləri tez-tez yumağı və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməyi tövsiyə edib.
Milli.Az xəbər verir ki, mütəxəssis Çində meydana gələn və dünyada böyük qorxu yaratmış koronavirus haqqında açıqlama yayıb.
"Koronaviruslar illərdir tanıdığımız, soyuqdəymə nəticəsində gözlərdə selikli qişalara yapışan, burun və boğazda əmələ gələn viruslardır.
Koronavirusların əsas mənbəyi heyvanlardır. Odur ki, infeksiyalar insanlara birinci heyvanlardan ötürülür. Məsələn, dəvə və yarasalar kimi müxtəlif heyvanlar bu infeksiyaları insanlara ötürə bilər. Bu virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-cu ilin dekabr ayında qəbul edildi. Virusun heyvanlardan insanlara yoluxduğu düşünülür. Virus insanların tənəffüs yollarında infeksiyaya səbəb ola bilər. Bəziləri düşünür ki, virusa hər yoluxan reanimasiyaya düşəcək və ya öləcək. Bəzi insanlarda ölümcül ola bilər, ancaq əldə edilən məlumatlar göstərir ki, virusa yoluxan 100 adamdan 98-i ölümcül deyil".
Professor qeyd edib ki, odekolon ən asan əldə edilən spirtli dezinfeksiyaedicidir:
"Təbii ki, infeksiyası önləmək üçün hər cür tədbirləri almalıyıq. Hər cür tədbirləri yerinə yetirin, əlləri tez-tez yuyun. Hazırda Türkiyədə bu virusa yoluxan yoxdur, amma xəstəlik aşkarlanarsa, maska ​​taxmalı və gigiyenik qaydalara əməl etməliyik. Virusun ən asan yayılma yollarından biri kirli əllərdir. Əllərimizi su və sabunla 20 saniyəyə yumalı və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə təmizləməliyik. Türk cəmiyyətində çox gözəl bir vərdiş var - əlləri odekolonla silmək. Odekolondan tez-tez istifadə etməyi məsləhət görürəm, lakin təşvişə düşmək lazım deyil. Odekolon bu virusların yayılmasının qarşısını alan təsirli üsuldur. Çünki bunlar zəif viruslardır və alkoqol kimi əl dezinfeksiyaedicilər sayəsində dərhal ölürlər.
Hal-hazırda A və B qripləri bütün dünyada səyahət edir, odur ki, hamımız istənilən vaxt qripə yoluxa bilərik. Qripdən qorxuruqmu? Xeyr. Qrip "koronavirus" kimi bəzi xəstələrdə ölümcül ola bilər. Hər ikisindən qorunmağın yolları eynidir. Gigiyena, xəstə və halsız görünənlərdən uzaq olmaq və maska ​​taxmaq kifayətdir".
Məlumat üçün bildirək ki, koronavirusun yeni növü ilk dəfə 12 dekabrda Çinin Vuhan şəhərində aşkar edilib. Çin rəsmiləri virus nəticəsində bu günə qədər 259 insanın öldüyünü bildirib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar qlobal bir fövqəladə vəziyyət elan edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1481   Tarix: 04 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

qadin sayti makiyaj etmek qaydalari qadın geyimi ayaq dirnaqlarina qulluq çantalar reseptlər şəkillər kosmetika xerceng kahfe kali şəhid tapmacalar intim munasibetler