Koronavirusdan qorunmaq üçün...

Koronavirusdan qorunmaq üçün...COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur. Xəstə insanın öskürməsi, asqırması zamanı ağzından sıçrayan tüpürcəyin ətrafdakıların ağız, burun və gözlərinə təması onları da bu virusa yoluxdura bilər. Ona görə də bu xəstəlik hava-damcı infeksiyası yolu ilə yayılan xəstəliklərə aid edilir.
İnfeksiya klinik olaraq başağrısı, asqırma, öskürək, təngnəfəslik, temperatur və s. kimi əlamətlərlə başlayır və ağırlaşmalara səbəb olur. Daha ağır hallarda tənəffüs və böyrək çatışmazlığı qeydə alınır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı inkubasion dövr 2-14 gün çəkir. Bu dövr 24 günə qədər uzana bilər.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır. Ev heyvanları koronavirus yayıcıları deyil.
"Xəstəliyə qarşı vaksin olmasa da, erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir", - deyə C.Məhərrəmov bildirib.
Mütəxəssis əhalini ajiotaj, təşviş yaradan və rəsmi mənbələrdən olmayan məlumatlara inanmamağa və qorxmamağa səsləyib. O bildirib ki, bunların əvəzində xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır: "Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom