Koronavirusla bağlı qorxu hissinə düşmənin ŞOK NƏTİCƏLƏRİ - Psixoloq XƏBƏRDARLIQ ETDİ

Koronavirusla bağlı qorxu hissinə düşmənin ŞOK NƏTİCƏLƏRİ - Psixoloq XƏBƏRDARLIQ ETDİPsixoloq Elnur Rüstəmov Çindən yayılan koronavirusun psixoloji təsirləri barədə xəbərdarlıq edib.
Publika.az-a danışan psixoloq yoluxucu xəstəliklərin tarix boyu insanlar üçün ən vacib qorxu mənbəyindən biri olduğunu vurğulayıb.
"Koronavirus Çindən başlayaraq Avropa ölkələrinə qədər yayılıb. Bu baxımdan narahat olmaq və qorunmaq əlbəttə ki, lazımdır. Profilaktik işlərin aparılması normal prosedurdur. Qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir, nəinki virus aktiv olan dövrdə. Qeyri-aktiv dövrdə hər şəxs gigiyenasına nəzarət etməlidir. Xəstəlik olsa da, olmasa da hər bir insan özünün tibbi və psixoloji profilaktikasını etməlidir. Sadəcə bu virus dünyada geniş yayıldığı üçün şişirtməyə meylliyik. Qızdırmanı və ya istənilən narahatçılığı koronavirusla əlaqələndiririk və bu, doğru deyil. Halbuki, dünənə qədər də insanlarda qızdırma, müəyyən narahatlıqlar var idi, hətta ara-sıra ölüm halları da olub. Amma koronavirusdan çoxu xəbərsiz idi.
Tədbir görməli olsaq da, panikaya düşməyə dəyməz. Çünki bu vəziyyəti daha da çətinləşdirir. Təşvişə düşmək çaxnaşma yaradır. İşbazlar da bundan istifadə edir. Həkimlər müxtəlif müalicə üsulları təklif edir. Digər tərəfdən apteklərdə qoruyucu maskalarla bağlı problemlər və süni qiymət artımı meydana gəlib. Bu kimi neqativ hallar prosesə qarşı obyektiv şəkildə tədbirli olmağa imkan vermir. Hər kəs xəstəliyi koronavirusla bağlamamalı və fikir bildirməməlidir. Virus haqqında ancaq mütəxəssis danışa bilər. Hər kəs bir fikir səsləndirir, biri deyir ki, uşağı məktəbə aparmaq lazımdır, digəri isə övladına məktəbə getməyə icazə vermir. Yetkin insanlarda da işə getmək fobiyası baş qaldırıb. Tutarlı bir səbəb də göstərə bilmirlər. Bu virusa məktəbdə də, evdə də tutulmaq olar. İnsanlar arasındakı fikir müxtəlifliyi profilaktik tədbirlər görməyə mane olan həyəcan, təşviş, etimadsızlıq yaradır. Nəticədə cəmiyyətdə neqativ hallara yol açılır. Belə olan təqdirdə koronavirusla bağlı tədbirlər görən qurumların işinə müdaxilə etmiş oluruq. Odur ki, hadisələrə müəyyən qədər dözümlü yanaşmaq, soyuqqanlı olmaq və problemin aradan qaldırılması istiqamətində tədbirlərin aparılması lazımdır".
Ekspert bildirib ki, qorxu və təşviş istənilən xəstəliklə mübarizədə immun sistemini zəiflədir:
"Əlbəttə ki, qorxu hissi xəstəliklə mübarizədə mənfi təsir göstərir. Ümumiyyətlə, istənilən xəstəliyin sağalmasında psixoloji hazırlıq, dözümlülük və müqavimət çox vacibdir. Psixoloji müqavimət nə qədər güclü olarsa, xəstəlik mümkün qədər tez sağalacaq. Qızdırma və soyuqdəyməsi olan insanların bəziləri xəstəliyi yataq şəraitində, bəziləri isə ayaqüstə keçirir. Bu və ya digər xəstəliyə qarşı dözümlülük hər kəsdə müxtəlifdir. İstənilən fizioloji xəstəliyin sağalmasında psixoloji müqavimət və dayanıqlılıq çox vacib rol oynayır.
Azərbaycanda əhalinin xəstəliklərə qarşı psixoloji dözümlülüyü haqqında birmənalı söz deyə bilmərəm. Kimisində bu müqavimət var, bir qismində isə zəifdir. Bu az hissə kifayət edir ki, sosial şəbəkələrdə ictimai rəyin fərqli istiqamətə yönəlməsinə səbəb olsunlar.
Yekun olaraq bu qənaətə gəlirik ki, immunitetdən savayı psixoloji dözümlülük də çox vacibdir. Xəstəlik, epidemiya, müharibə şəraiti və ya ekstermal vəziyyətdən asılı olmayaraq, güclü iradə və psixoloji müvazinətin qorunub saxlanması problemin həllində böyük rol oynayır. Hər kəs özünə aid olan işlə məşğul olsun, bəli, fikir azadlığı var, nəyəsə münasibət bildirə bilərsən. Bununla bağlı problem yoxdur. Ancaq çox yaxşı olardı ki, irəli sürülən fikirlər əsaslandırılmış və məntiqli olsun. Əks halda heç bir işə yaramayacaq. Sənin söz azadlığın cəmiyyətin panikaya düşməsinə səbəb olursa, bu doğru deyil. Vatsapda yayılan səs yazısı ilə aləm qarışdı. Müəyyən şəxslər sanki bir hadisənin baş verməsini gözləyir ki, ona münasibət bildirsin".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2746   Tarix: 27 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları hamilelikde qidalanma ilhamə qasımova düzgün qidalanma qripdə nə etməli ayaqqabi ve cantalar kosmetika eqreb 8 mart tapmaca bayatı babasil