Koronaviruslularla işləyən həkimlərin maaşı belə hesablanır - DÜSTUR

Koronaviruslularla işləyən həkimlərin maaşı belə hesablanır - DÜSTUR"Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavə iş vaxtına/saatına mütənasib olaraq ödənilir".
Milli.Az "BakuPost"a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən verilən məlumata görə, sözügedən işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:
Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində
Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində
Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu isə belədir: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.
1.Maaşın 3 misli ilə bağlı hesablamaya aid nümunə:
Poliklinikada çalışan tibb qardaşının 5-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 294 manatdır. Tibb qardaşı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 400 manat 91 qəpik müddətli əlavə almalıdır. 400.91 = ((294 / 22) x 10) x 3.
2.Maaşın 4 misli ilə bağlı hesablamaya aid nümunə:
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4.
3.Maaşın 5 misli ilə bağlı hesablamaya aid nümunə:
Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5.
Qeyd edək ki, nümunələrdə göstərilən bütün yekun məbləğlərdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Agentlikdən verilən məlumata görə, mart ayı üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat,
aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat,
may ayı üzrə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
May ayı üzrə hesabat sabah yekunlaşacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1167   Tarix: 15 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

turlar.az

makiyaj instagram geyim seçimi geymler 2026 vegetativ sinir sistemi zebra keksi 3 baci dolmasi qaragatin faydasi kosmetika burcler qiz adlari hesaplama qu quşu pehriz