Koronavirusu ağır keçirən insanların əsas simptomu açıqlandı
Fransalı alimlər COVİD-19-u ağır formada keçirən pasiyentlərin əsas fərqləndirici xüsusiyyətini açıqlayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Science" jurnalındakı məqalədə bildirilib.
Tədqiqatçılar koronavirusa yoluxmuş müxtəlif simptomlu (yüngül öskürəkdən ağciyərlərin süni ventilyasiyası cihazına qoşulması məcburiyyətinə qalmağa qədər) 50 nəfərdə xəstəliyin gedişatını araşdırıblar.
Qan, toxumalar, immun hüceyrələri və digər biomaterialları təhlil etdikdən sonra alimlər belə bir nəticəyə gəliblər ki, ağır fəsadları olan insanların ümumi simptomu interferon reaksiyasında çatışmazlıq və iltihabın artmasıdır.
Belə ki, ağır pasiyentlərdə immun sistemi tərəfindən virusla mübarizə üçün istifadə olunan birinci tip interferonların çatışmazlığı müəyyən olunub.
Həkimlərin sözlərinə görə, məhz interferonların istehsalı koronavirus infeksiyasının gedişatını yavaşladır.
Nəticələr göstərir ki, interferon xəstənin simptomlarına və sağalmasına təsir göstərən əsas amildir və COVID-19 üçün uğurlu müalicə strategiyasının əsasını qoyur.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir