Koronavirusu bu üsulla müalicə etmək mümkündür - Təsdiqləndi
Təsdiqlənmiş koronavirus hallarının 85 faizindən çoxu Çində qeydə alınıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub.
Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.
Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız "adi" dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.
Ənənəvi üsullarla müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanınıb.
Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir - biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.
Bu səpkidə Qingfei Paidu dərmanının xüsusilə yüksək müalicəvi təsiri qeyd olunur. Bu barədə məlumat yayan Sinhua Agentliyi pekinli baş həkim Van Ronbinin sözlərinə istinad edir.
Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.
Milli.Az /news.milli.az









Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Çinlilər oyanandan sonra bunu edirlər
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
Şampun saç tökülməsinə səbəb ola bilər?
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri