Koronavirusu keçirib-keçirmədiyini bilmək istəyənlərin nəzərinə: pulsuz və təhlükəsiz...

Koronavirusu keçirib-keçirmədiyini bilmək istəyənlərin nəzərinə: pulsuz və təhlükəsiz...Koronavirusun Azərbaycanda yayılmağa başladığı vaxtlarda bu virusun mövcudluğuna inanmayanlarla yanaşı, xəstəliyi qışda keçirdiyini düşünənlər də var idi. Əhalinin bir qismi hələ də koronavirusu qış aylarında keçirdiyini düşünür. Onlar bunu həmin vaxtlarda qeydə alınan yüksək qızdırma və halsızlıqla əlaqələndirirlər. Bu vaxta qədər koronavirusa yoluxmamış şəxslər arasında da bu düşüncədə olanlar var.
Ümumdünya Səhiyyə Təşkilatı isə koronavirusun ötən ilin dekabr ayından yayıldığını bildirərək fevral ayında pandemiya elan edib. Lakin xəstəliyə ilk yoluxma halının noyabrda baş verməsi ilə bağlı məlumatlar da var. Bu səbəbdən də onlarla, bəlkə də yüzlərlə insan qış aylarında ölkəmizdə yayılan ağır xəstəliyin koronavirus olduğunu düşünürlər. Ətrafında xeyli koronavirusa yoluxmuş şəxsin olmasına baxmayaraq özündə hər hansı narahatlıq hiss etməyənlərin, təbii olaraq, "koronavirusu keçirmişəm, immunitetim yaranıb" qənaətinə gəlməyinə səbəb olur. Lakin belə düşünənlərin özlərində də bəzən buna qarşı şübhə yaranır.
Koronavirusun ölümcül virus olmadığı hər kəsə məlumdur. Artıq dəfələrlə qeyd olunub ki, bu virusdan ölənlər, əsasən, başqa ağır xəstəlikləri olan şəxslərdir. Bədənə daxil olan virus immun sistemini zəiflətdiyi üçün orqanizmin digər xəstəliklərə müqaviməti azalır və xəstə ölür. Bununla yanaşı koronavirusu heç nə olmamış kimi keçirənlər də az deyil. Hətta bəlkə də çoxumuzun ətrafında ailə üzvləri koronavirusa yoluxub, lakin özünün testi neqativ çıxan insanlar var.
Koronavirusu keçirib-keçirmədiyini bilmək istəyənlərin nəzərinə: pulsuz və təhlükəsiz...Məhz bu səbəbdən də, yəni koronavirusu simptomsuz keçirənlərin, bədənində koronavirusa qarşı immuniteti yaranan insanların faizini müəyyənləşdirmək üçün dünyanın bir sıra ölkələrində seroloji testlər keçirilir. Artıq bir çox ölkələrdə pandemiya səbəbi ilə alınan qabaqlayıcı tədbirlərin aradan götürülməsi və ikinci dalğanın yayılmasına mane olmaq məqsədi ilə bu xəstəliyə qarşı immuniteti yaranan şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb.
Əvvəllər Covid-19-la bağlı PSR testləri icra olunurdu ki, bu analizlər birdəfəlik nəticə verirdi, hazırda bədəndə bu virusun olub-olmadığını müəyyənləşdirirdi. Seroloji testlər isə tam fərqlidir. Belə ki, bu testlər orqanizmin bu virusla qarşılaşıb-qarşılaşmaması və bədəndə virusa qarşı immunitetin formalaşması barədə məlumat verir.
Artıq ölkəmizdə də əhali arasında təsadüfi seçilmiş insanlardan, təxminən 1650-yə yaxın şəxsdən seroloji testlərin götürülməsi prosesi başlanılıb. İlkin mərhələ olaraq, Bakı, Sumqayıt və Gəncə şəhərlərində təsadüfi proqramla seçilmiş şəxslərdən testlər götürüləcək.
Azərbaycanda bu testlərin keçirilməsini müraciət olunan şəxslərin əlinə düşən gözəl fürsət kimi dəyərləndirmək olar. Çünki TƏBİB-in infeksionistləri açıqlamalarında bildirib ki, onlara "öyrənmək istəyirəm ki, mən koronavirusa yoluxub keçirmişəm, yoxsa yox?" sualı ilə müraciət edənlərin sayı çoxdur. Belə ki, tamamilə pulsuz və təhlükəsiz həyata keçirilən seroloji testlər koronavirusu keçirib-keçirmədiyini düşünənlər üçün dəqiq cavab öyrənməyə, şübhələrdən qurtulmağa kömək olacaq.
Testlərin götürülməsi prosesi isə heç də qorxulu deyil. Proses adi qan analizindən qətiyyən fərqlənmir. Üstəlik, bu testi verən şəxs istəsə, ona qanın ümumi analiz cavabları da əlavə olaraq təqdim olunur.
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1354   Tarix: 20 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu