Koronavirusun ağır formada keçməsinin sirri tapıldı
Britaniyanın Ekseter və ABŞ-ın Konnektikut Universitetinin alimləri COVID-19-un ağır formasına yoluxma riski yaradan geni müəyyən ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, elm adamları bu barədə "Journal of the American Medical Association" nəşrində məqalə dərc ediblər.
Məlum olub ki, Altsheymer xəstəliyini də meydana gətirən APOE (apolipoprotein E) zülalının iki qüsurlu nüsxəsi olan insanlarda koronavirus fəsadları riski iki dəfə artıqdır.
Əvvəllər alimlər demensiya sindromu (ağılın zəifləməsi) olanlarda COVID-19-un ağır formasına üç dəfə daha çox rast gəlindiyini müəyyən etmişdilər. Ancaq bu, qocalar evlərində virusun yüksək sürətlə yayılması ilə izah edilirdi.
Lakin yüz minlərlə insanın sağlamlığı və genetikası ilə bağlı məlumatların təhlilindən sonra APOE e4e4 genotipinin bu məsələdə vacib rolu sübut olunub.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Xərçənglə bağlı çağırış
Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir
Survivor' Serenay bu azərbaycanlı ilə sevgilidir
Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur