Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandı

Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandıKoronavirus xərçəng, ürək-damar, şəkər kimi dünyada illik ölümlərin 71%-ni əhatə edən və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına, eynilə müalicəsinə ciddi zərbə vurub.
Milli.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir.
ÜST-ün may ayında 3 həftə boyunca 155 ölkədə apardığı araşdırmada COVID-19 pandemiyasının yoluxucu olmayan xroniki xəstəliklərin müalicəsini qlobal miqyasda krizisə uğratdığı məlum olub.
Araşdırmada xüsusilə səhiyyə sistemi zəif olan ölkələrdə pandemiya səbəbilə bu xəstəliklərin qarşısının alınması və müalicəsinin böyük zərər gördüyü üzə çıxıb. Yoluxucu olmayan xəstəliklərə sahib insanların digərlərinə nisbətən COVID-19 qaynaqlı ölümlər mövqeyindən böyük risk altında olduğu vurğulanıb.
Araşdırma aparılan 155 ölkənin 53%-də yüksək təzyiq, 49%-də şəkərlə bağlı komplikasiyalar, 42%-də xərçəng, 31%-də ürək-damar xəstəliklərinin müalicə və xidmətlərinin qismən, yaxud tamamilə pozulduğu bildirilib.
Araşdırmanın nəticələrini şərh edən qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus bu nəticələrin sürpriz olmadığını deyib: "Xərçəng, ürək-damar və şəkər xəstəliklərinin müalicəsinə ehtiyac duyan bir çox insan pandemiya başlayandan bəri lazımi səhiyyə xidmətlərini və dərmanları ala bilmir".
Yoluxucu olmayan xəstəliklər hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu da qlobal miqyasda ölümlərin 71%-ni təşkil edir. Hər il 30-69 yaş arasında 15 milyon insan bu xəstəliklər səbəbilə ölür. Bu erkən ölümlərin 85%-i aşağı və orta gəlirli ölkələrdə yaşanır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1515   Tarix: 03 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim seçimi cinsi yaxinliq şirniyyatların hazırlanması ana südü pehriz salatlar kosmetika veten arxadan olmaq usaq seirleri qızlıq pərdəsi novruz