Koronavirusun əlamətləri: Günbəgün gedişat necə olur?

Koronavirusun əlamətləri: Günbəgün gedişat necə olur?Pandemiyanın ilk dövrlərindən başlayarq koronavirusun əlamətləri gündəmdədir. İndiyə kimi Covid-in bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur. Bu gün koronavirusun əlamətləri ilkin dövrdə olduğu kimi təkcə hərarət, öskürək, təngnəfəslik deyil. Bu siyahı gündən-günə genişlənir. Covid-ə yoluxanların heç də hamısında eyni əlamətlər müşahidə olunmur. Mütəxəssislər bildirir ki, əlamətlərin ortaya çıxması da orqanizmin vəziyyətindən, yaşdan, immun səviyyəsindən, virus yükündən və s. amillərdən asılıdır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə görə, Covid-19-un göstəricisi sayılan əlamətlər aşağıdakılardır:
Hərarət
Öskürək
Təngnəfəslik, nəfəs almada çətinlik
Üşütmə
Titrətmə
Əzələ ağrısı
Baş ağrısı
Boğaz ağrısı
Dad və qoxu bilmənin itməsi
Əlamətlərin əsasən aşağıdakı ardıcıllıqla ortaya çıxdığı bildirilir:
1-3- cü günlərdə soyuqlama və qripə bənzər əlamətlər yaranır.
Yüngül hərarət və boğaz ağrısı orraya çıxır. İmmunitet zəifdirsə, ürək bulanma və ishal da yarana bilir.
4-cü gün: Boğaz ağrısı şiddətlənir. Səs kallaşır. Qidalanmada çətinlik yaranması mümkündür. Zəif baş ağrısı ilə yanaşı ishal yaranır.
5-ci gün: Boğaz ağrısı şiddətlənir. Qidalanma, maye qəbulu çox ağır bir hala gəlir. Bədəni, əzaları hərəkət etdirən zaman ağrı yaranır. Oynaq ağrıları olur.
6-cı gün: Quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı şiddətlənir. Şiddətli bir yorğunluq hissi olur. Ürəkbulanma artır. Tədricən nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.
7-ci gün: Hərarət 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm çox şiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox çox şiddətli olur.
8-ci gün: Nəfəs alıb-vermə çox çətinləşir. Döş qəfəsi çox ağrılı olur. Öskürəklə yanaşı baş və oynaq ağrıları daha da artır. Hərarət 38 dərəcəni keçir.
9-cu gün. Bütün əlamətlər şiddətlənir. Üzdə və dodaqlarda maviləşmə yaranır. Öskürək və bəlğəm bir qədər də artır. Bədən və baş ağrısı ilə yanaşı qusma da çox şiddətli bir hala gəlir...
Mütəxəssislər bildirir ki, bu əlamətlər olarsa, yubanmadan həkimə, təcili yardıma müraciət olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, koronavirus heç də hamıda bu əlamətlərlə özünü göstərmir və hamıda bu kimi ağırlaşmalar qeydə alınmır. Qeyd olunanlar ümumi və daha çox nəzərə çarpan simptomlar hesab olunur.
Koronavirusun daha bir simptomunun gözdə konyunktivit  əlamətləri, qızartı olduğu müəyyən olunub. Bu, geniş yayılan yox, nadir əlamətlərdən hesab olunur. Mütəxəssislər bu əlaməti olanlara da diqqətli olmağı tövsiyə edirlər. Eyni zamanda oftalmoloqlara tövsiyə olunur ki, konyunktivit əlaməti olanlara covid şübhəsi ilə yanaşıb əlavə müayinələr aparsınlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1640   Tarix: 26 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

makiyaj etmek qaydalari qis geyimləri 2026 toy makiyaji sekilleri qadın parfumeriya xina qoymaq qaydasi hamiləlik hesablama morugun faydalari kosmetika əqrəb sanamalar veten haqqinda bayati gozde olar dolca