Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb
ABŞ-dan olan alimlər koronavirus infeksiyasının ilk əlamətlərinin ardıcıllığını açıqlayıblar.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan tədqiqat zamanı mütəxəssislər, COVID-19 olan 55 mindən çox xəstənin tibbi tarixçəsini təhlil ediblər. Məlum olub ki, koronavirusa yoluxma zamanı ilkin olaraq qızdırma, sonra öskürək inkişaf edir. Bundan sonra xəstələrdə əzələ ağrısı, ürək bulanması, qusma və ishal ola bilər. Alimlər bunun həkimlərə xəstəliyin vaxtında diaqnoz və müalicəsində kömək edə biləcəyini qeyd ediblər.
Rusiyalı həkim Anna Dmitrieva isə öz təcrübəyə əsaslanaraq, demək olar ki, 100% hallarda qoxubilmənin itməsi olan insanlara COVID-19 diaqnozu qoyulduğunu söyləyib.
Bundan əlavə, bir qədər əvvəl amerikalı həkimlər COVID-19-un daha qeyri-adi bir simptomunu tapıblar. Mütəxəssislər hıçqırıqlara da diqqət yetirməyə çağırıblar.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir