Koronavirusun qalıcı ZİYANLARI
Miçiqan Universitetinin neyrobioloqu Natali Tronson koronavirusun xəstələrin sağlamlığına vurduğu qalıcı ziyanlarından danışıb.
Milli.Az xəbər verir ki, alimin bu barədə tədqiqatı "MedicalXpress" jurnalında dərc edilib. Mütəxəssis bəzi hallarda SARS-COV-2-nin beynə təsirinin xəstəliyin ən ciddi nəticələrindən biri olduğunu söyləyib. Məsələn, xəstəliyin səbəb olduğu beyinə uzunmüddətli təsirlərə mialji ensefalomielit (və ya xroniki yorğunluq sindromu) və Guillain-Barre sindromu aiddir. Bu zaman periferik sinir sisteminin autoimmun pozğunluğu sürətlə irəliləyir.
Həkim həmçinin koronavirusun bir çox əlamətinin əslində immun sisteminin müdafiə reaksiyaları ilə əlaqəli olduğunu izah edib. Məsələn, burun axması koronavirusun birbaşa təsiri deyil, immun sisteminin ona verdiyi reaksiyanın nəticəsidir. Beyində cavabdehlik daşıyan immun hüceyrələrin aktivləşməsi səbəbindən titrəmə, süstlük, yorğunluq və qızdırma baş verir. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir