Koronavirusun yeni variantı yayılır - "Deltacron" haqqında nə bilirik?

Koronavirusun yeni variantı yayılır - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 9-da "Covid-19"-un yeni ştammının aşkar edildiyini açıqlayıb.
Milli.Az "BBC Azərbaycan"a istinadən xəbər verir ki, rəsmi olaraq AY.4/BA.1 kimi qeydiyyatdan keçsə də, bu variant "Deltacron" olaraq tanınır, çünki "Delta" və "Omicron" ştammlarının birləşməsindən əmələ gəlib.
Hələ ki ÜST yeni ştammı "narahatedici" kateqoriyasına aid etməyib, çünki onun ictimai sağlamlıq üçün xüsusi təhlükə yaratmadığına inanır.
İndiyə qədər "Deltacron"-a yoluxma halları Avropa ölkələrində, ABŞ-da və Cənubi Amerikada müşahidə olunub.
Yeni ştammın yoluxuculuq dərəcəsi, peyvəndlərə qarşı müqaviməti və simptomlarının şiddəti barədə geniş məlumat yoxdur. Alimlər daha geniş araşdırmaya ehtiyac olduğunu bildirirlər.
Mənşəyi nədir?
"Deltacron"-a ilk yoluxma halları 2022-ci ilin yanvar ayında Fransada ortaya çıxıb. Sonra Belçika, Almaniya, Danimarka və Hollandiyada da müşahidə olunub. Müxtəlif ölkələrin həkim və tədqiqatçılarının koronavirus genetikası haqqında məlumatları paylaşdığı "Gisaid" saytında bu haqda daha geniş informasiya əldə etmək mümkündür. "Deltacron"-a son zamanlarda Britaniya, ABŞ və Braziliyada da rast gəlinir. Amma yoluxmaların sayı xeyli azdır. Martın 15-nə olan məlumata görə, "Gisaid"-də cəmi 47 belə hal barədə yazılıb, bunların 36-sı Fransaya aiddir. Yanvar-mart ayılarındakı vəziyyətə nəzərən demək olar ki, yeni ştamm "Delta" və "Omicron"-dan daha yoluxucu deyil.
Genetika məsələləri üzrə ixtisaslaşmış özəl "Helix" şirkətinin (ABŞ) əməkdaşlarının tezliklə ictimailəşdiriləcək araşdırması da bunu təsdiqləyir. Onlar 2021-ci ilin noyabr və 2022-ci ilin fevral ayları aralığında - həm "Delta", həm də "Omicron" ştammlarının ABŞ-da geniş yayıldığı bir dövrdə qeydə alınmış 29.000 pozitiv "Covid-19" nümunəsini araşdırıblar.
Araşdırmaçılar yeni ştamma "nadirən rast gəlindiyini" və "Delta"-"Omicron" birləşməsinin hazırkı "Omicron"-dan daha yoluxucu olduğuna dair hər hansı sübuta rast gəlmədiklərini qeyd edirlər.
Ştammlar necə qarışır?
"Müxtəlif növ viruslardan yeni bir ştammın yaranması adi haldır. Viruslar daim təkamül edir. Yeni variantların ortaya çıxması normaldır və bu, heç də həmişə pis nəticə demək deyil. Pandemiyaya necə təsir edəcəyini isə araşdırıb öyrənməliyik," - Braziliyanın aparıcı tibbi tədqiqat müəssisələrindən biri "FioCruz"-da çalışan virusoloq Felipe Naveca belə deyir.
Son zamanlarda bir çox ölkədə "Delta" və "Omicron"-a yoluxma halları xeyli artıb. Bəzi insanlar hər iki ştammla təmasda olublar.  Eyni hüceyrə eyni anda həm "Delta"ya, həm də "Omicron"-a yoluxarsa, həmin hüceyrədə yaranan yeni virusların genetik quruluşu hər iki variantın xüsusiyyətlərini daşıya bilər.
Məsələn, hesab olunur ki, "Deltacron" "Omicron"-un çıxıntılarını, "Deltan"ınsa gövdəsini götürüb. Bu qarışığın xəstəxanaya yerləşdirmə saylarını və ya ölüm hallarını artırmayacağına dair dəqiq sübutlar yoxdur. Əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslərin immunitetinin yeni ştamma nə dərəcədə dözmülü olması barədə də kifayət qədər məlumat yoxdur.
Narahatlığa əsas varmı?
Beynəlxalq səhiyyə qurumlarının rəsmiləri vəziyyətin təhlükəli olmadığını deyirlər. Həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) "Deltacron"-un "narahatedici ştamm olmadığını" bildirirlər. ÜST onu "müşahidə altında olan" ştamm adlandırır. ÜST rəsmisi Maria Van Kerkhove martın 9-da keçirdiyi mətbuat konfransında qeyd edib ki, yeni variantın epidemiologiyasında və ya yoluxuculuğunda heç bir dəyişiklik müşahidə olunmayıb. "Təəssüf ki, biz yeni virus komponentlərini görməyə davam edəcəyik, çünki bu patogenlər zamanla təkamül edir", - Kerkhove belə deyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1491   Tarix: 12 aprel 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

sade makiyaj sekilleri kosmetoloq gelinlikler kəpək yay donları 2026 limonun faydasi cennet almasinin murebbesi kosmetika xanım az uşaq şeirləri oğlan evine aid hakisda seksual xanim az