Körpə uşağa qulluğun sirləri

Körpə uşağa qulluğun sirləriHər bir övladını yaxından tanıyan, problemlərinə bələd olan valideyn qayğı və diqqəti də hərtərəfli verə bilər. Odur ki, gəlin o məqamlarla tanış olaq.

Göbək

uşaq anadan olanda onun göbəyini qısqancla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!

Göbəyə düzgün qulluq etmədikdə o ağır infeksiya ocağı ola bilər.
Göbəyin çıxması göbək ciyəsini düzgün bağlamamaq nəticəsi deyil, bu, anadangəlmə inkişaf qüsurudur.
Göbək dəbəliyi və hətta kiçik dəbəlik olduqda belə, kənardan heç bir müdaxilə olmadan bir müddətdən sonra göbək yerinə düşür.

Xayaların şişməsi

Yeni doğulmuş uşaqlarda çox vaxt xaya böyümüş olur; adətən ancaq bir xaya böyümüş olur. Uşaqda xaya hidropsu olub-olmamasını bilmək üçün onu həkimə göstərmək lazımdır, hətta hidrops olduqda belə o, adətən cərrahi müdaxilə olmadan keçib gedir.

Sidik

Yeni doğulmuş uşağın sidiyi şəffaf, rəngsiz, qoxusuz olur. Uşaq döş götürəndən sonra da sidik bu cür olur. Sidik bulanıqdırsa və ondan qoxu gəlirsə dərhal həkimə müraciət etmək lazımdır. Həmçinin, uşağın əskiləri sidikdən tünd sarı rəngə düşdükdə də həkimə müraciət etmək lazımdır.
Uşağın uzun müddət siyməməsi tez gözə çarpır. Bu onun orqanizminə su çatışmadığını, yaxud anadan qüsur­lu doğulduğunu göstərir.
Ana bilməlidir ki, flanel əski su az çəkən parçadan tikilmiş əskinin tamam islandığı eyni miqdarda sidikdən azca islanacaqdır.
Bəzən yeni doğulmuş uşağın sidiyi rəngsiz və qoxusuz olsa da, əskilərdə qırmızımtıl çöküntülər olur. Bu xəstəlik deyil, ətraf mühitin təsirindən adətən sidikdə həll olmuş halda olan bəzi duzların qalığıdır.

Nəcis

Uşağın nəcisinə və birinci növbədə, onun bayıra çıxıb-çıxmadığına fikir vermək lazımdır.
İlk nəcis. İlk vaxtlar yeni doğulmuş uşağın nəcisi yağlıtəhər, yaşıl və ya tünd rəngdə olur. Bu ilk nəcisdir. Uşaq müntəzəm döş əmdikdə nəcis tədricən qızılı-sarı rəngə düşür.

Seliyə oxşar qusuntu

Uşaq anadan olana qədər bəzən onun orqanizminə selikli ifrazat düşür. Belə hallarda uşaq 1-2-ci günlər sarı rəngli selik qusur. Bu vaxt uşağı diqqətlə izləmək lazımdır, o qusarsa qarnı üstə uzatmaq lazımdır ki, qusuntu tənəffüs yollarına düşməsin, uşaq qusarkən arxası üstə uzanıbsa udulan qusuntunun bir hissəsi tənəffüs yollarına düşə bilər. Qusub qurtardıqdan sonra uşağın ağzını silmək lazımdır.
Yeni doğulmuş uşağı nəzarətsiz qoymaq olmaz, çünki o çox acizdir. Uşaq qusursa, yaxud yaxşı uda bilmirsə, ana özü ona kömək etməli, yaxud lazım gələrsə həkim çağırmalıdır. Belə olmazsa, uşaq ölə bilər.

Uşaq üzünü cırmaqlayır

Bəzən uşaq xüsusən ağladıqda öz üzünü cırmaqlayır. Onun əllərini bağlamaq lazım deyil, çünki adətən bir neçə gündən sonra bu keçib gedir. Uşağa dirsəyə qədər uzun əlcək tikmək və yalnız ağlayanda geydirmək lazımdır. Uşaq bu cür əlcəkdə əllərini rahat işlədə biləcəkdir.
Uşağın dırnaqları uzanıbsa, tutmaq lazımdır.

Uşağın fısıldaması

Yeni doğulmuş, yaxud südəmər uşaq fısıldayırsa, yaxud nəfəs aldıqda fit verirsə, dərhal həkimə göstərmək lazımdır. Lakin uşağın fısıldaması həmişə xəstəlik əlaməti deyil. Çox vaxt uşaq burun yollarının dar olmasından fısıldayır. Sonralar bunlar genəlir və uşaq daha fısıldamır.

Asqırma

Yeni doğulmuş uşaq tez-tez asqırır; o bu yolla burnunu təmizləyir. Havası çirkli rayonlarda südəmər uşaqlar daha tez-tez asqırırlar. Uşaq üşüdükdə, yaxud ona soyuq dəydikdə asqırır. Uşağa soyuq dəydikdə burnu tutulduğu üçün burnundan nəfəs ala bilmir. Adətən ana bunu uşağı əmizdirdikdə görür. Burundan nəfəs almaq çətin olduqda uşaq ağzı ilə nəfəs almağa məcbur olur, buna görə də vaxtaşırı məməni ağzından çıxarır. Belə olduqda uşağı mütləq həkimə göstərmək lazımdır. Yeni doğulmuş uşağın soyuq dəyməsinə çox ciddi yanaşmaq lazımdır.

Hıçqırıq

Südəmər uşaq tez-tez hıçqırır, xüsusən döş əməndən sonra çünki döş əməndə çoxlu hava udur. Həmçinin uşaq çox üşüyəndə də hıçqırır. Belə hallarda hıçqırıq xəstəlik əlaməti deyildir və heç bir şey etmək lazım deyil. Hıçqırıq uşağa mane olanda o ağlamağa başlayır və hıçqırıq kəsilir. Lakin hıçqırıq döş əmməklə əlaqədar deyilsə və saatlarla davam edərsə həkim çağırmaq lazımdır. Çünki bu ciddi xəstəlik əlaməti ola bilər. Hıçqırığı kəsmək üçün uşağın burnunu sıxmaq olmaz. Ona 1-2 qaşıq çay vermək kifayətdir.

Bədənin temperaturu

Vaxtında doğulmuş uşağın düz bağırsaqda ölçülmüş bədən temperaturu 36,5-37,5° olur (böyük adamda olduğu kimi). Yeni doğulmuş uşaqda istilik tənzimi mərkəzi sonrakı aylardakı kimi hələ yaxşı işləmir. Uşağın orqanizmi tez soyuyur, həmçinin tez də qızır.
Yeni doğulmuş və ya südəmər uşaq üşüdükdə ağlamağa başlayır, heç bir tədbir görülməzsə, uşağın rəngi qaçmağa başlayır, ağızın küncləri azca göyərir, əlləri və ayaqları buz kimi soyuyur: uşağın ayaqlarına xüsusi fikir vermək lazımdır! Uşağın ayaqları soyuq deyilsə, deməli, o üşümür. Uşağa isti olduqda da çox vaxt əlləri soyuq olur.
Uşaq üşüyürsə, onu isti geyindirmək, üstünü örtmək, lazım gələrsə çarpayısına isti su (qaynar su olmaz) tökülmüş istiqac qoymaq lazımdır.
Südəmər uşağa istidirsə, o çabalamağa başlayır, bədənin vəziyyətini dəyişir, dərisi qızarır, ənsəsi də tərləyir və uşaq ağlayır; hətta dərisi də səpə bilər. Belə hallar uşağı yayda qalın geyindirdikdə, yaxud qışda isti otaqda üstünü tük yorğanla örtdükdə baş verir, yayda uşağın başına papaq qoymaq lazım deyil. Qışda otağın temperaturu 20-22°-dən çox olmamalıdır.

Ailə və Uşaq     Baxılıb: 6107   Tarix: 12 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

yaz geyimleri 2026 geyim necə seçməli gozel gorunmek qirmizi mercinin hazirlanmasi usaq masajlari sərxan kərəmoğlu sevişmə kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz əfsanələr zəhmət hakistalar gözəllik