Körpələrdə dəmirdefisitli anemiya

Körpələrdə dəmirdefisitli anemiyaAnemiya (latın dilindən tərcümədə - "qanazlığı") ilə xəstə olan uşaqlarda qanın tərkibində hemoqlobinin və onun daşıyıcıları olan eritrositlərin - "qırmızı qan hüceyrələrinin" azalması müşahidə edilir.
Eritrositlər - qan hüceyrələrindən olub insan orqanizminin normal fəaliyyəti üçün vacib olan oksigenin ağciyərlərdən bütün orqan və toxumalara daşınmasını təmin edir. Oksigen olmadan insan orqanizminin mövcud olması mümkün deyil. Oksigeni ağciyərlərdə özünə birləşdirən eritrositlərin tərkibində olan zülal hemoqlobin onu daşıyaraq toxuma hüceyrələrinə paylayır. Qanı qırmızı rəngə boyayan da məhz hemoqlobindir. Orqanizmdə hemoqlobin hazırlanması üçün bədənə müxtəlif qida məhsulları vasitəsi ilə dəmir (Fe) elementinin daxil olması tələb olunur.
Anemiya nəticəsində orqanizm özünə lazım olduğundan daha az miqdarda oksigen aldığı üçün onlarda müxtəlif orqanlarda (ürək, beyin və s.) müxtəlif dərəcəli pozğunluqlar meydana çıxır, uşagın immuniteti zəiflədiyi üçün o daha tez-tez hallarda infeksion xəstəliklərə yoluxur.
Körpə uşaqlarda anemiyanın baş verməsinin əsas səbəbi natamam qidalanma (tərkibində dəmir elementi az olan qidalarla qidalanma) hesab edilir. Dəmir elementi çatışmazlığı nəticəsində inkişaf edən anemiyaya dəmirdefisitli anemiya deyilir.
Dəmirdefisitli anemiyadan əksər hallarda azyaşlı uşaqlar əziyyət çəkirlər. Onların qidası süddür ki, onun da tərkibində dəmir elementi çox az olur. Məhz dəmir çatışmazlığı nəticəsində uşaqların qanında hemoqlobin azalır.
Qanda hemoqlobinin miqdarının 100-109 q/litr həddində olması subanemiya sayılır və xüsusi müalicə tələb etmədən pəhrizin köməyilə (meyvə, şirələr, ət, qarabaşaq və s.) qaydasına düşür.
Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması həqiqi anemiya hesab olunur və mütləq müalicə tələb edir. Bunun üçün həkim dəmir preparatları təyin edir. Dəmirdefisitli anemiyaya vaxtında diaqnoz qoyularsa, onun müalicəsi düzgün aparılarsa və uşağa düzgün pəhriz təyin edilərsə, bu xəstəlikdən tamam xilas olmaq olar.
Dəmirdefisitli anemiyanın profilaktikası üçün uşaqların qidasına tələb olunan vaxtda (həyatının 6 aylığından) meyvə və tərəvəzlər, ət (həyatının 6 aylığından) əlavə etmək lazımdır.
Uşağa süd verən ana da öz qidasında dəmir ilə zəngin olan qidaların kifayət qədər olmasına fikir verməlidir. Ət, qaraciyər, qarabaşaq, alma, banan, xurma, nar, ərik qurusu, bal və s. məhsullar dəmir elementi ilə zəngin olan qida maddələri hesab edilirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1424   Tarix: 11 sentyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti